11.06.2026
Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”də baş verən yanğından sonra diqqətlər hotelin sahibi Azay Möhnətovun digər bizneslərinə yönəlib. Belə ki, hadisədən qısa müddət sonra onun sahib olduğu “Eurohome” tikinti materialları bazarı bağlandı.
DuzXeber.az: Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bazarın bağlanma səbəbi kimi ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlandığı göstərilir.
Maraqlıdır ki, 2019-cu ildən həm “AF Hotel”, həm də “Eurohome”un sahibi kimi tanınan Azay Möhnətov son günlər gündəmdən düşmür. Onun biznes fəaliyyəti yalnız bu obyektlərlə məhdudlaşmır. Müxtəlif illərdə adı tikinti, daşınmaz əmlak və turizm sahələrində həyata keçirilən layihələrdə hallanıb. Hətta Rusiyada da biznesinin olduğu deyilir.
Əslən Şamaxı rayonundan olduğu bildirilən Azay Möhnətov “AF Holding” şirkətlər qrupunun prezidenti, eyni zamanda “Uğur-97” şirkətinin rəhbəridir. O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Holdinqin rəsmi səhifəsində bir müddət əvvəl qeyd olunub ki, 1989-cu ildə təsis edilən “AF General Trading” şirkəti əsasən ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, eyni zamanda Frankfurt və Londonda da filialları fəaliyyət göstərir.
“AF Holding”ə daxil olan şirkətlər sırasında “Everton”, “Uğur-97”, “AFSAN Plastik”, “AF Business House”, “AF City”, “AF Mall”, “AF Com Plaza”, “AF Com Center”, “Aqua Park Baku”, “Aqua Park Shikhov” və “AF Hotel Aqua Park” da yer alır.
Bundan başqa, qeyd edilir ki, 2000-ci ildə “AF Bank” təsis olunub. Daha sonra həmin bank Rusiyanın VTB bankına satılıb.
Azay Möhnətovun adı sosial şəbəkələrdə “İlyas Express” kimi tanınan İlyas Möhnətovla qohumluq əlaqələrinə görə də tez-tez hallanır. Bildirilir ki, o, İlyas Möhnətovun əmisidir.
Azay Möhnətovun bazarının bağlanması səbəbləri haqda müxtəlif fərziyələr var. Bəzi ekspertlər bildirir ki, FHN-nin göstərdiyi çatışmazlıqlar əksər ticarət mərkəzlərində mövcuddur. İndiyədək “Sədərək”, “Binə”, “8-ci kilometr” ticarət mərkəzlərində bu səbəblərə görə dəfələrlə yanğın baş verib, amma heç biri bağlanmayıb. “Eurohome”un bağlanmasının A.Möhnətovun hansısa qeyri-leqal siyasi fəaliyyətinə görə ola biləcəyi ehtimal edilir. Onun dövlət əleyhinə fəaliyyətə görə barəsində sərt tədbirlər görülən sabiq məmurlarla bu və ya digər şəkildə əlaqəsinin olduğuna dair müəyyən ehtimallar səsləndirilir./yenixeberorg.com
Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR
Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”də baş verən yanğından sonra diqqətlər hotelin sahibi Azay Möhnətovun digər bizneslərinə yönəlib. Belə ki, hadisədən qısa müddət sonra onun sahib olduğu “Eurohome” tikinti materialları bazarı bağlandı.DuzXeber.az: Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bazarın bağlanma səbəbi kimi ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlandığı göstərilir.
Maraqlıdır ki, 2019-cu ildən həm “AF Hotel”, həm də “Eurohome”un sahibi kimi tanınan Azay Möhnətov son günlər gündəmdən düşmür. Onun biznes fəaliyyəti yalnız bu obyektlərlə məhdudlaşmır. Müxtəlif illərdə adı tikinti, daşınmaz əmlak və turizm sahələrində həyata keçirilən layihələrdə hallanıb. Hətta Rusiyada da biznesinin olduğu deyilir.
Əslən Şamaxı rayonundan olduğu bildirilən Azay Möhnətov “AF Holding” şirkətlər qrupunun prezidenti, eyni zamanda “Uğur-97” şirkətinin rəhbəridir. O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Holdinqin rəsmi səhifəsində bir müddət əvvəl qeyd olunub ki, 1989-cu ildə təsis edilən “AF General Trading” şirkəti əsasən ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, eyni zamanda Frankfurt və Londonda da filialları fəaliyyət göstərir.
“AF Holding”ə daxil olan şirkətlər sırasında “Everton”, “Uğur-97”, “AFSAN Plastik”, “AF Business House”, “AF City”, “AF Mall”, “AF Com Plaza”, “AF Com Center”, “Aqua Park Baku”, “Aqua Park Shikhov” və “AF Hotel Aqua Park” da yer alır.
Bundan başqa, qeyd edilir ki, 2000-ci ildə “AF Bank” təsis olunub. Daha sonra həmin bank Rusiyanın VTB bankına satılıb.
Azay Möhnətovun adı sosial şəbəkələrdə “İlyas Express” kimi tanınan İlyas Möhnətovla qohumluq əlaqələrinə görə də tez-tez hallanır. Bildirilir ki, o, İlyas Möhnətovun əmisidir.
Azay Möhnətovun bazarının bağlanması səbəbləri haqda müxtəlif fərziyələr var. Bəzi ekspertlər bildirir ki, FHN-nin göstərdiyi çatışmazlıqlar əksər ticarət mərkəzlərində mövcuddur. İndiyədək “Sədərək”, “Binə”, “8-ci kilometr” ticarət mərkəzlərində bu səbəblərə görə dəfələrlə yanğın baş verib, amma heç biri bağlanmayıb. “Eurohome”un bağlanmasının A.Möhnətovun hansısa qeyri-leqal siyasi fəaliyyətinə görə ola biləcəyi ehtimal edilir. Onun dövlət əleyhinə fəaliyyətə görə barəsində sərt tədbirlər görülən sabiq məmurlarla bu və ya digər şəkildə əlaqəsinin olduğuna dair müəyyən ehtimallar səsləndirilir./yenixeberorg.com
Oxşar xəbərlər
-
28.03.2026Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? - Videofakt -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
25.02.2026Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! - DETALLAR // FOTO -
17.02.2026Turizm sektorunda nə baş verir? - FUAD NAĞIYEVƏ MÜRACİƏT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



