DuzXeber.az: Bakıda ictimai nəqliyyat sistemində illərdir həllini tapmayan avtobus qıtlığı, uzun intervallar, sıxlıq və bərbad xidmət səviyyəsi sərnişinlərin hər gün qarşılaşdığı əsas acı həqiqətdir. Paytaxt sakinləri dayanacaqlarda saatlarla gecikən avtobusları gözləməyə məcbur edildiyi bir şəraitdə, aidiyyəti qurumların mövcud problemləri aradan qaldırmaq əvəzinə diqqəti tələsik şəkildə "brutto müqavilə" modelinə keçidə yönəltməsi haqlı təəccüb və narazılıq doğurur. İctimai nəqliyyatın təməl ehtiyacları - nəqliyyat parkının yenilənməsi, xətlərə kifayət qədər avtobusun çıxarılması və hərəkət qrafikinin bərpası ikinci plana atılaraq idarəetmə mexanizminin dəyişdirilməsi məsələnin mahiyyətindən yayınmaq təsiri bağışlayır. Bu keçidin arxasında duran maliyyə modeli isə sərnişinlər üçün daha böyük təhlükədən xəbər verir.
Daşıyıcı şirkətlərə sərnişin sayına görə deyil, qət edilən kilometrə görə ödəniş nəzərdə tutan "brutto müqavilə" sistemi dövlət büdcəsinə və nəticə etibarilə vətəndaşın cibinə əlavə maliyyə yükü deməkdir. Avtobusların intervallarını qısaltmadan, xidmət keyfiyyətini hiss olunacaq dərəcədə qaldırmadan tətbiq edilən bu cür modellər, əslində, gələcəkdə gedişhaqqının artırılması üçün hüquqi və iqtisadi zəmin yaradır. Xidmətin keyfiyyəti yerində saydığı halda, yaradılan bu yeni maliyyə mexanizminin bütün ağırlığının və fəsadlarının sonda sadə sərnişinin üzərinə düşəcəyi şübhə doğurmur.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, daşıyıcının gəliri artıq birbaşa avtobusa neçə sərnişin mindirməsindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyənləşdirilmiş marşrut, yürüş məsafəsi, avtobus sayı, hərəkət intervalı və xidmət keyfiyyəti kimi göstəricilərə əsasən ödəniş, yəni subsidiya alacaq. Onun sözlərinə görə, əvvəlki sistemdə daşıyıcının gəliri əsasən sərnişin sayından asılı olduğundan onun kommersiya marağı daha çox sərnişin cəlb edən marşrutlara yönəlirdi: "Bu yanaşma iqtisadi baxımdan müəyyən məntiqə malik olsa da, ictimai nəqliyyatın sosial funksiyası ilə hər zaman üst-üstə düşmürdü. Çünki az sərnişin olan, lakin əhali üçün vacib marşrutların işlədilməsi daşıyıcı üçün kifayət qədər gəlir gətirməyə bilərdi. Nəticədə belə istiqamətlərdə avtobusların sayı azalır, hərəkət intervalı uzanır və xüsusilə axşam saatlarında xidmətin keyfiyyəti aşağı düşə bilirdi. Burada daha bir mühüm məsələ rəqabətdir. Dövlətin subsidiyaları daşıyıcıların səmərəsizliyini kompensasiya edən mexanizmə çevrilməməlidir. Yeni model sərnişin üçün də mühüm dəyişiklik vəd edir.
Sərnişinin ödədiyi gediş haqqından daha çox, onun aldığı xidmətin keyfiyyəti ön plana çıxmalıdır. İnsan avtobusun nə qədər sərnişin daşıdığını deyil, avtobusun vaxtında gəlib-gəlmədiyini, intervalın qorunub-qorunmadığını, salonda sıxlığın hansı səviyyədə olduğunu və təhlükəsiz şəkildə mənzil başına çatıb-çatmadığını hiss edir. Buna görə də yeni sistemin real nəticəsi məhz sərnişinin gündəlik təcrübəsində özünü göstərməlidir". (sonxeber.az)
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Üst xəbər
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Gündəm / Cəmiyyət
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Gündəm / Sosial
“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Gündəm / Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Sosial
Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Gündəm / Dünya
TƏCİLİ! İran bu ölkə ilə müharibəyə başlaya bilər - Son xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Yarışa görə bağlanan yollar 1 saat tez açıldı
Gündəm / Hadisə
İstanbulda oteldə yanğın:10-dan çox yaralı var
Gündəm / Cəmiyyət
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Dünya
ŞOK AÇIQLAMA: "Putin Ukrayna ilə bağlı son qərarı verib"
Gündəm / Hadisə
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Gündəm / Bölgə / Üst xəbər
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Gündəm / Təhsil
Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək
Gündəm / Cəmiyyət
Bakıda sərnişin taksi sifariş etdi, “Lamborcini" gəldi
Gündəm / Sosial / Üst xəbər
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Gündəm / Hadisə
Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
Gündəm / Cəmiyyət
DİN skuterlərlə bağlı məlumat yaydı
Gündəm / İqtisadiyyat
Ermənistana 977 ton dizel yanacağı göndərildi
Gündəm / Sosial
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
Gündəm / Təhsil / Üst xəbər
30 ilin müəlliminə dərs verilmir? - 170 saylı məktəblə bağlı iddia - VİDEO
Gündəm / Cəmiyyət
Nazir rəsmən elan etdi: Bütün rayonlarda...
Gündəm / Bölgə
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Gündəm / Dünya
Ukrayna atəşkəs elan edib
Gündəm / İdman
“Sabah” - “Barselona” oyunu bu stadionda olacaq
Gündəm / Sosial
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
Gündəm / Hadisə
Toydan çıxdı, faciəvi şəkildə öldü
Gündəm / Üst xəbər
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
Gündəm / Cəmiyyət