İslam hüququnda dini və ya dünyagörüşü fərqinə görə hər hansı şəxsin özbaşına cəzalandırılması qəti şəkildə yolverilməz hesab olunur. Müsəlmanın hər hansı bir şəxsi, o cümlədən ateisti məhkəmə qərarı olmadan döyməsi və ya cəzalandırması İslam hüququ baxımından ağır cinayət və günah kimi qiymətləndirilir.
Mövzu ilə bağlı DuzXeber.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, şəriətə görə səlahiyyətli qurumların qərarı olmadan heç kəsi döymək və ya cəzalandırmaq qəti şəkildə haramdır.
Onun sözlərinə görə, İslam fiqhində cəza vermək və hüquqi qərarlar qəbul etmək fərdlərin deyil, yalnız dövlətin və məhkəmə orqanlarının səlahiyyətindədir:
“İslamda cəza vermək, mühakimə etmək və qanunları tətbiq etmək səlahiyyəti fərdlərə deyil, yalnız qanuni dövlət rəhbərliyinə və məhkəmə orqanlarına məxsusdur. Hər hansı bir şəxsin özbaşına şəkildə ‘şəriəti tətbiq edirəm’ bəhanəsi ilə cəza icra etməsi İslam hüququna görə xaos, fitnə və anarxiya yaratmaqla yanaşı, dövlət qanunlarına qarşı çıxmaqdır”.
İlahiyyatçı qeyd edib ki, hətta hər hansı hüquqi hökm tətbiq olunmalı olsa belə, bu, mütləq rəsmi məhkəmə araşdırmasından, şahidlərin dinlənilməsindən və müttəhimə özünü müdafiə etmək şansı verilməsindən sonra yalnız hakim tərəfindən həyata keçirilə bilər: "Fərdlərin küçədə özbaşına hökm çıxarıb kimisə cəzalandırmaq hüququ yoxdur".
Tural İrfan vurğulayıb ki, qanunsuz olaraq döyülən şəxsin yetirilmiş xəsarətlərdən asılı olaraq qisas və ya diyyə (təzminat) tələb etmək hüququ yaranır:
“Göyərmə, qanama, sümük sınığı və digər bədən xəsarətlərinə görə şəriət prinsiplərinə uyğun maddi təzminat ödənilməsi və ya dövlət tərəfindən müvafiq cəzanın tətbiq olunması mümkündür. Bundan əlavə, dövlət hakimiyyəti cəmiyyətdə özbaşınalığa yol verdiyinə görə həmin şəxsi həbs və ya digər qanuni cəzalara məhkum edə bilər”.
Azərbaycandakı vəziyyətə də toxunan ilahiyyatçı qeyd edib ki, hər hansı dini toplumun və ya şəxsin dövlət qurumlarına müraciət etmədən qanunazidd əməllərə yol verməsi həm dini baxımdan haram, həm də hüquqi məsuliyyət yaradan əməldir.//Sara
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Sosial
Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Gündəm / Dünya
TƏCİLİ! İran bu ölkə ilə müharibəyə başlaya bilər - Son xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Yarışa görə bağlanan yollar 1 saat tez açıldı
Gündəm / Hadisə
İstanbulda oteldə yanğın:10-dan çox yaralı var
Gündəm / Cəmiyyət
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Dünya
ŞOK AÇIQLAMA: "Putin Ukrayna ilə bağlı son qərarı verib"
Gündəm / Hadisə
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Gündəm / Bölgə / Üst xəbər
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Gündəm / Təhsil
Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək
Gündəm / Cəmiyyət
Bakıda sərnişin taksi sifariş etdi, “Lamborcini" gəldi
Gündəm / Sosial / Üst xəbər
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Gündəm / Hadisə
Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
Gündəm / Cəmiyyət
DİN skuterlərlə bağlı məlumat yaydı
Gündəm / İqtisadiyyat
Ermənistana 977 ton dizel yanacağı göndərildi
Gündəm / Sosial
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
Gündəm / Təhsil / Üst xəbər
30 ilin müəlliminə dərs verilmir? - 170 saylı məktəblə bağlı iddia - VİDEO
Gündəm / Cəmiyyət
Nazir rəsmən elan etdi: Bütün rayonlarda...
Gündəm / Bölgə
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Gündəm / Dünya
Ukrayna atəşkəs elan edib
Gündəm / İdman
“Sabah” - “Barselona” oyunu bu stadionda olacaq
Gündəm / Sosial
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
Gündəm / Hadisə
Toydan çıxdı, faciəvi şəkildə öldü
Gündəm / Üst xəbər
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
Gündəm / Cəmiyyət
Azərbaycanda yeni qayda qüvvəyə mindi - Detallar
Gündəm / Sosial
“Survivor”dakı dəhşətli hadisənin pərdəarxası - İştirakçı Acundan 100 milyon dollar istəyir
Gündəm / Təhsil
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı
Gündəm / Kriminal / Üst xəbər
Tanınmış estetik həkim HƏBS EDİLDİ – FOTO
Gündəm / Hadisə