Canlı yayım
26.06.2026

İran Sinqapur yük gəmisinə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölmələri) Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum etdiyi iddia edilir.

DuzXeber.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, hadisə İran Hərbi Dəniz Qüvvələrinin gəmilərə Tehranla razılaşdırılmadan boğazdakı marşrutlardan istifadənin yolverilməzliyi barədə xəbərdarlıq etməsindən bir neçə saat sonra Oman sahillərində baş verib.

Nəşrin istinad etdiyi Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə nəticəsində gəminin kapitan körpüsü zədələnib. Bununla belə, xəsarət alanlar qeydə alınmayıb.

Xəbər lenti