10.08.2026

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsil haqları və plan yerləri məlum olub.
DuzXeber.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsil haqqı 4500-5000 manat arasında dəyişir.
Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib.
Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsil haqlarının azaldığını göstərir. Belə ki, 2025/2026-cı tədris ilində Tibb ixtisasının illik təhsil haqqı 6500 manat olduğu halda, 2026/2027-ci tədris ili üçün 5000 manat müəyyənləşdirilib. Beləliklə, bu ixtisas üzrə illik təhsil haqqı 1500 manat azalıb.
Stomatologiya ixtisasında ötən il 6000 manat olan illik təhsil haqqı bu il 4500 manata endirilib. Bu ixtisas üzrə də ödəniş 1500 manat azalıb.
Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə ötən il 5000 manat olan illik təhsil haqqı 2026/2027-ci tədris ili üçün 4500 manat müəyyənləşdirilib. Bu ixtisaslarda təhsil haqqı ötən illə müqayisədə 500 manat azalıb.
Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsil haqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib.
Plan yerlərinə gəlincə, Azərbaycan bölməsində Tibb ixtisasına 520, Stomatologiyaya 75, Əczaçılığa 60, İctimai səhiyyəyə 60, Tibb bacısı (qardaşı) işinə 60, Fizioterapiyaya 40 yer ayrılıb.
Bundan əlavə, tədrisi ingilis dilində Tibb ixtisası üzrə 15 plan yeri nəzərdə tutulub və illik təhsil haqqı 5000 manatdır.
Rus bölməsində isə Tibb ixtisasına 65, Stomatologiyaya 25, Əczaçılığa 20, İctimai səhiyyəyə 20 plan yeri ayrılıb.
Qarabağ Universitetində isə IV qrup üzrə təhsil dövlət sifarişi əsasında həyata keçirilir.
Universitetdə Biologiya müəllimliyi üzrə 30, Kimya müəllimliyi üzrə 30, Psixologiya üzrə 30, Əczaçılıq üzrə 24, Tibb bacısı (qardaşı) işi üzrə 36, Stomatologiya üzrə 24, Tibb ixtisası üzrə isə 72 plan yeri ayrılıb.
Beləliklə, Qarabağ Universitetində şəkildə təqdim olunan IV qrup ixtisasları üzrə ümumilikdə 246 plan yeri nəzərdə tutulub və bütün yerlər dövlət sifarişlidir.
Tibb Universitetində təhsil haqları aşağı salındı - Qiymətlər

Oxşar xəbərlər
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...