12.08.2026
Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-Iğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək.
Prezident İlham Əliyevin Naxçıvana səfərini DuzXeber.az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Naxçıvan Azərbaycanın daxili siyasətində hər zaman xüsusi yer tutub.
O xatırladıb ki, tarixi proseslər nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən kənarda qalıb:
"Sovet dövründə Naxçıvanla əlaqələr, onun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlar ölkə rəhbərliyinin diqqətində olub. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə də Naxçıvan sürətlə inkişaf edib. I Qarabağ müharibəsində Ermənistanın işğalçılıq siyasəti muxtar respublikanı blokada vəziyyətinə salıb.
Bütün problemlər fonunda Naxçıvanın inkişafı hökumətin diqqətində olub və lazımi tədbirlər həyata keçirilib. Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri olarkən göstərdiyi səylər nəticəsində bölgənin Ermənistan tərəfindən işğalının qarşısı alınıb. Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra Naxçıvan sürətlə inkişaf edib. İnfrastruktur yenilənib, yeni iqtisadi sistem təşəkkül tapıb, sahibkarlığa dəstək mexanizmi sürətlənib. Bir müddət əvvəl Prezidentin Naxçıvanda Xüsusi Nümayəndəliyinin yaradılması bir daha göstərdi ki, bölgə ilə bağlı məsələlər birbaşa Bakıdan həll edilməlidir".
Deputatın sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Naxçıvanla quru yolunun təmin olunması (Zəngəzur dəhlizi - red.) ölkə rəhbərliyi üçün dövlətçilik məsələsi idi:
"Ermənistan buna bir müddət etiraz etsə də, sonradan Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamədə bu əksini tapdı. Beləliklə, Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru yolu bərpa olundu. Dövlət başçımızın bir neçə gün əvvəl Ağ Ev liderinə göndərdiyi məktubda da "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun Azərbaycandan keçən hissəsində işlərin yekunlaşmaq üzrə olduğu vurğulandı. Ermənistan ərazisindən keçən hissənin ABŞ şirkəti tərəfindən uzunmüddətli icarəyə götürülməsi yola beynəlxalq marağın böyük olduğunu göstərir. Bu yolun işə düşməsi büdcəyə əlavə gəlir gəlməsi, yeni iş yerlərinin açılması deməkdir. Zəngəzur dəhlizi, həmçinin Naxçıvanın blokadan çıxmasına rəvac verəcək".
Tarixi quru yolu bərpa olunur: Naxçıvanın tranzit potensialı necə artacaq?
Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-Iğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək.Prezident İlham Əliyevin Naxçıvana səfərini DuzXeber.az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Naxçıvan Azərbaycanın daxili siyasətində hər zaman xüsusi yer tutub.
O xatırladıb ki, tarixi proseslər nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən kənarda qalıb:
"Sovet dövründə Naxçıvanla əlaqələr, onun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlar ölkə rəhbərliyinin diqqətində olub. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə də Naxçıvan sürətlə inkişaf edib. I Qarabağ müharibəsində Ermənistanın işğalçılıq siyasəti muxtar respublikanı blokada vəziyyətinə salıb.
Bütün problemlər fonunda Naxçıvanın inkişafı hökumətin diqqətində olub və lazımi tədbirlər həyata keçirilib. Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri olarkən göstərdiyi səylər nəticəsində bölgənin Ermənistan tərəfindən işğalının qarşısı alınıb. Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra Naxçıvan sürətlə inkişaf edib. İnfrastruktur yenilənib, yeni iqtisadi sistem təşəkkül tapıb, sahibkarlığa dəstək mexanizmi sürətlənib. Bir müddət əvvəl Prezidentin Naxçıvanda Xüsusi Nümayəndəliyinin yaradılması bir daha göstərdi ki, bölgə ilə bağlı məsələlər birbaşa Bakıdan həll edilməlidir".
Deputatın sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Naxçıvanla quru yolunun təmin olunması (Zəngəzur dəhlizi - red.) ölkə rəhbərliyi üçün dövlətçilik məsələsi idi:
"Ermənistan buna bir müddət etiraz etsə də, sonradan Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamədə bu əksini tapdı. Beləliklə, Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru yolu bərpa olundu. Dövlət başçımızın bir neçə gün əvvəl Ağ Ev liderinə göndərdiyi məktubda da "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun Azərbaycandan keçən hissəsində işlərin yekunlaşmaq üzrə olduğu vurğulandı. Ermənistan ərazisindən keçən hissənin ABŞ şirkəti tərəfindən uzunmüddətli icarəyə götürülməsi yola beynəlxalq marağın böyük olduğunu göstərir. Bu yolun işə düşməsi büdcəyə əlavə gəlir gəlməsi, yeni iş yerlərinin açılması deməkdir. Zəngəzur dəhlizi, həmçinin Naxçıvanın blokadan çıxmasına rəvac verəcək".
Oxşar xəbərlər
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



