12.08.2026
Xəbər verdiyimiz kimi, hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə paylaşımında Rusiyaya səfərlərlə bağlı xəbərdarlıq edib.
Sitat: “Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın. Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər”.
Sözügedən məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Nə etməliyik? Xalq və dövlət olaraq hansı addımları ata bilərik?
DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, bu məlumatların hər birini ayrıca yoxlamaq vacibdir:
“Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti artıq Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat verib. Deməli, Azərbaycan vətəndaşlarının xarici silahlı münaqişələrə cəlb olunması real təhlükədir və bu məsələ həm vətəndaş, həm də dövlət səviyyəsində ciddi yanaşma tələb edir. Burada əsas məqsəd insanlar arasında panika yaranmamasıdır. Əksinə, insanları real risklər barədə məlumatlandırmaq və onların müdafiəsi üçün konkret mexanizmlər yaradılmalıdır.
İlk növbədə, Rusiyaya təhsil, iş və ya digər məqsədlərlə gedən şəxslər mümkün risklər barədə əvvəlcədən məlumatlandırılmalıdır. Onlara aydın şəkildə izah edilməlidir ki, sərhəd-keçid məntəqələrində əlavə yoxlama, telefon və elektron cihazların yoxlanılması, sosial şəbəkələrdəki paylaşımlarla bağlı suallar və müxtəlif formalarda hərbi xidmət təklifləri ilə üzləşmək ehtimalı mövcuddur. Xüsusilə gənclər yüksək maaşlı iş, təhlükəsizlik və ya mühafizə işi, müxtəlif dövlət və ya özəl strukturlarda xidmət, vətəndaşlıq və ya digər üstünlüklər müqabilində hərbi xidmət təklifləri ilə qarşılaşdıqda son dərəcə ehtiyatlı olmalıdırlar. Heç bir halda təzyiq altında hərbi müqavilə imzalanmamalıdır. Əgər Azərbaycan vətəndaşı Rusiyada saxlanılır, təzyiqə məruz qalır və ya ondan hərbi kontrakt imzalaması tələb olunursa, mümkün qədər tez hüquqi yardım və Azərbaycan diplomatik nümayəndəliyinin konsulluq dəstəyi tələb edilməlidir”.
Ə.Allahverdiyev bildirib ki, ailələr də səfərdən əvvəl hazırlıqlı olmalıdır:
“Tələbənin və ya digər ailə üzvünün harada yaşayacağı, hansı universitetdə və ya iş yerində olduğu, əlaqə saxladığı şəxslərin məlumatları, ailə üzvlərinin telefon nömrələri və Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərinin əlaqələri əvvəlcədən ayrıca qeyd edilməlidir. Bu məlumatların yalnız telefonda saxlanılması da kifayət deyil. Vacib əlaqə nömrələrinin kağız üzərində və ya başqa təhlükəsiz yerdə nüsxəsinin olması məqsədəuyğundur. Sosial şəbəkələrdə Rusiya üçün Ukraynada döyüşməyə adam cəlb edən konkret elan və ya təkliflərlə qarşılaşan şəxslər həmin məlumatları sadəcə paylaşmaqla kifayətlənməməlidirlər.
Belə hallarda:
– Elanın ekran görüntüsü saxlanılmalıdır;
– Hesabın və ya kanalın adı qeyd edilməlidir;
– Telefon nömrəsi və digər əlaqə vasitələri qorunmalıdır;
– Telegram, WhatsApp və digər platformalardakı istifadəçi adları qeyd edilməlidir;
– Elanın yerləşdirildiyi tarix və mümkün qədər tam məzmunu saxlanılmalıdır;
– Təklif edilən məbləğ, iş və ya xidmətin mahiyyəti barədə məlumat qorunmalıdır.
Sonra bu materiallar aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Belə elanları geniş şəkildə paylaşmaq isə əks nəticə verə bilər: şübhəli təklifin daha çox insana çatmasına səbəb olmaq əvəzinə, onun sübut kimi sənədləşdirilməsi və aidiyyəti orqanlara ötürülməsi daha faydalıdır”.
Hüquqşünas qeyd edib ki, bu məsələdə dövlət səviyyəsində də daha sistemli yanaşmaya ehtiyac var:
“Ən vacib addım “Rusiyaya getməyin” tipli ümumi siyasi çağırış deyil, konkret risk-protokolunun yaradılmasıdır. Birincisi, xarici silahlı münaqişələrə cəlbetmə üzrə xüsusi monitorinq mexanizmi yaradılmalıdır. Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının xarici silahlı birləşmələrə cəlb edilməsi ilə bağlı elanlar sistemli şəkildə izlənməlidir. Xüsusilə Azərbaycan dilində yayılan reklam və çağırışlara diqqət yetirilməlidir. İkincisi, xaricdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi xəbərdarlıq sistemi yaradılmalıdır. Azərbaycan dilində hazırlanmış rəsmi bələdçidə “hərbi kontrakt”, “yüksək maaşlı iş”, “mühafizə işi”, “xüsusi xidmət”, “vətəndaşlıq qarşılığında xidmət” və bu kimi təkliflərin hansı hüquqi və təhlükəsizlik riskləri yarada biləcəyi izah olunmalıdır. Üçüncüsü, konsulluq müdafiəsi gücləndirilməlidir. Azərbaycan vətəndaşı xarici ölkədə saxlanıldıqda və ya hərbi xidmətə cəlb edilməyə çalışıldıqda onun vəkillə və Azərbaycan diplomatik nümayəndəliyi ilə əlaqə saxlamasına imkan yaradılması üçün bütün mümkün diplomatik və hüquqi mexanizmlər işə salınmalıdır.
Dördüncüsü, tələbələr ayrıca risk qrupu kimi nəzərdən keçirilməlidir. Rusiyada universitetlərdə təhsil alan Azərbaycan vətəndaşları üçün universitet – ailə – konsulluq arasında fövqəladə əlaqə mexanizmi yaradıla bilər. Tələbənin uzun müddət ailəsi ilə əlaqə saxlaya bilməməsi və ya gözlənilmədən saxlanılması halında ailənin hansı ardıcıllıqla hərəkət etməli olduğu əvvəlcədən müəyyənləşdirilməlidir. Beşincisi, Azərbaycanda hərbi cəlbetmə şəbəkələrinin olub-olmaması araşdırılmalıdır. Əgər həqiqətən Azərbaycanda və ya Azərbaycan vətəndaşlarına yönəlmiş sosial-media kanallarında Rusiya üçün Ukraynada döyüşməyə adam cəlb edən qruplar fəaliyyət göstərirsə, bu, sadəcə sosial şəbəkə problemi deyil. Bu məsələ dövlət təhlükəsizliyi, vətəndaşların xarici silahlı münaqişələrə qanunsuz cəlb edilməsi və mümkün transmilli şəbəkələrin fəaliyyəti kontekstində araşdırılmalıdır. Bu məsələdə iki ifrat yanaşmadan qaçmaq lazımdır. Bir tərəfdən, “bunların hamısı sosial şəbəkə şayiəsidir, heç bir təhlükə yoxdur” demək düzgün deyil”.
Əlövsət Allahverdiyevin fikrincə, hazırda təsdiqlənən məqam odur ki, Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı halları mövcuddur və Azərbaycan dövləti xarici silahlı münaqişələrdə iştirakla bağlı hüquqi məsuliyyət barədə xəbərdarlıq edib:
“Ona görə də dövlətin və cəmiyyətin əsas yanaşması qorxu yaratmaq yox, vətəndaşı məlumatlandırmaq və qorumaq olmalıdır. Rusiyada oxuyan, işləyən və ya yaşayan Azərbaycan vətəndaşı bilməlidir:
– Hansı risklərlə üzləşə bilərəm?
– Təzyiqə məruz qalsam, kimə müraciət etməliyəm?
– Hərbi kontrakt təklif edilərsə, nə etməliyəm?
– Saxlanılsam ailəm hansı addımları atmalıdır?
– Şübhəli “iş” elanını hara bildirməliyəm?
Bu sualların cavabları əvvəlcədən, aydın və rəsmi şəkildə vətəndaşa çatdırılmalıdır. Çünki belə hallarda ən effektiv müdafiə mexanizmi yalnız hadisə baş verdikdən sonra reaksiya vermək deyil, insanı risk baş verməzdən əvvəl hazırlamaqdır. Bu da həqiqətdir, vətəndaşlar bilməlidir ki, Rusiyaya səfər edən zaman onların telefonları yoxlanıla bilər, sosial şəbəkələrdə izlədikləri, bəyəndikləri və paylaşdıqları materiallar təhlil oluna bilər. Artıq belə nümunələr var və sistemli xarakter alıb”.(DİA-AZ)
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Xəbər verdiyimiz kimi, hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə paylaşımında Rusiyaya səfərlərlə bağlı xəbərdarlıq edib.Sitat: “Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın. Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər”.

Oxşar xəbərlər
-
11.08.2026Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… -
28.07.2026Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...