12.08.2026
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına sayca 17-ci səfəri regionun təhlükəsizliyi, iqtisadi inkişafı və Azərbaycanın ümumi geoiqtisadi strategiyasında oynadığı rol baxımından strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının səfər zamanı iştirak etdiyi açılışlar və verdiyi bəyanatlar səfərin əsas strateji və regional əhəmiyyətini ifadə edir.
DuzXeber.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
O bildirib ki, hazırda bölgədə hərbi və təhlükəsizlik siyasətinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir:
"Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirildi.
Millət vəkilinin sözlərinə görə, hazırda alternativ enerji potensialının gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir:
"Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu gün yaşıl enerjinin Avropaya ixracı yeni hədəflər sırasındadır. Dövlət başçısının "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarındakı işlərlə tanışlığı da Naxçıvanın ölkədə günəş enerjisi istehsalı üçün ən əlverişli məkan olduğunu təsdiqlədi. Bu tipli layihələrin icrası Avropaya enerji çıxışını sürətləndirəcək. Bu mənada, Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin reallaşdırılması imkanları böyükdür.
Samir Vəliyev qeyd edib ki, cənab Prezidentin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır:
"Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək".
Deputat həmçinin Prezident İlham Əliyevin səfərinin Naxçıvanın sosial-iqtisadi inkişafı və yeni idarəetmə konsepsiyası baxımından da əhəmiyyətinə diqqət çəkib:
"Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ artıq eyni idarəetmə və inkişaf mexanizmləri əsasında tərəqqi edəcək. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının, sosial evlər kompleksinin təməllərinin qoyulması və şəhərin 2044-cü ilədək inkişafına dair Baş Planının təqdim edilməsi regionun demoqrafik və iqtisadi artımına hədəflənib. Eləcə də, muxtar respublikada sosial xidmətlər də modernləşdirilir. Regionda açılan yeni DOST Mərkəzi və ekoloji təmiz elektrik avtobuslarının xəttə buraxılması əhalinin rifahının artırılmasına xidmət edir.
Beləliklə, dövlət başçısının səfəri Naxçıvanı sadəcə təbii coğrafi təcriddən çıxarmaqla qalmır, həm də onu regionun hərbi cəhətdən keçilməz qalasına, logistik mərkəzinə və gələcəyin "yaşıl enerji" mərkəzinə çevirmək məqsədi naminə dövlətimizin siyasi iradəsini birmənalı şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlər də bütün bunları təsdiqləyir".
İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına sayca 17-ci səfəri regionun təhlükəsizliyi, iqtisadi inkişafı və Azərbaycanın ümumi geoiqtisadi strategiyasında oynadığı rol baxımından strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının səfər zamanı iştirak etdiyi açılışlar və verdiyi bəyanatlar səfərin əsas strateji və regional əhəmiyyətini ifadə edir.DuzXeber.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
O bildirib ki, hazırda bölgədə hərbi və təhlükəsizlik siyasətinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir:
"Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirildi.
Millət vəkilinin sözlərinə görə, hazırda alternativ enerji potensialının gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir:
"Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu gün yaşıl enerjinin Avropaya ixracı yeni hədəflər sırasındadır. Dövlət başçısının "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarındakı işlərlə tanışlığı da Naxçıvanın ölkədə günəş enerjisi istehsalı üçün ən əlverişli məkan olduğunu təsdiqlədi. Bu tipli layihələrin icrası Avropaya enerji çıxışını sürətləndirəcək. Bu mənada, Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin reallaşdırılması imkanları böyükdür.
Samir Vəliyev qeyd edib ki, cənab Prezidentin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır:
"Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək".
Deputat həmçinin Prezident İlham Əliyevin səfərinin Naxçıvanın sosial-iqtisadi inkişafı və yeni idarəetmə konsepsiyası baxımından da əhəmiyyətinə diqqət çəkib:
"Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ artıq eyni idarəetmə və inkişaf mexanizmləri əsasında tərəqqi edəcək. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının, sosial evlər kompleksinin təməllərinin qoyulması və şəhərin 2044-cü ilədək inkişafına dair Baş Planının təqdim edilməsi regionun demoqrafik və iqtisadi artımına hədəflənib. Eləcə də, muxtar respublikada sosial xidmətlər də modernləşdirilir. Regionda açılan yeni DOST Mərkəzi və ekoloji təmiz elektrik avtobuslarının xəttə buraxılması əhalinin rifahının artırılmasına xidmət edir.
Beləliklə, dövlət başçısının səfəri Naxçıvanı sadəcə təbii coğrafi təcriddən çıxarmaqla qalmır, həm də onu regionun hərbi cəhətdən keçilməz qalasına, logistik mərkəzinə və gələcəyin "yaşıl enerji" mərkəzinə çevirmək məqsədi naminə dövlətimizin siyasi iradəsini birmənalı şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlər də bütün bunları təsdiqləyir".
Oxşar xəbərlər
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



