13.08.2026

Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
DuzXeber.az xəbər verir ki, Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib.
Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib. Hazırda təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb.
Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qeyd etmək lazımdır ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır. Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.
Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur. Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.
Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama

Oxşar xəbərlər
-
13.08.2026Azərbaycanda bu qorxulu xəstəlik yayıldı - Karantin rejimi tətbiq ediləcək? -
9.04.2026Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
5.03.2026Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib -
23.01.2026Mahir Əliyev “QLOBUS-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?
Xəbər lenti
-
29.08.2026Liderlər Bişkekdə toplanır - Əliyev də var
-
29.08.2026Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"
-
29.08.20263 gün hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
29.08.2026Ər həyat yoldaşının burnunu dişləyib qopardı - VİDEO
-
29.08.2026Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)
-
29.08.2026ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"
-
29.08.2026Bakı-Naxçıvan aviareysləri təxirə salındı
-
29.08.202611 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
-
29.08.2026Kiyevə dron hücumu olub -bir azyaşlı ölüb
-
29.08.2026Bakıda qadınlar gəlinlik salonunda dava saldılar
-
29.08.202621 marşrutun hərəkət sxemi dəyişdirildi
-
29.08.2026Gəlininin məzarına su götürmək istəyərkən, boğulub öldü
-
29.08.2026Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
-
29.08.2026Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
29.08.2026Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
29.08.2026Doktoranturaya girənlərə hərbi xidmətdən möhlət verilir - Şərt
-
29.08.2026Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
-
29.08.2026Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
-
29.08.2026Bakıda leysan olacaq - PROQNOZ
-
29.08.2026Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
-
29.08.2026Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
-
29.08.2026Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
29.08.2026Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
29.08.2026Hərbi komissar öldürüldü
-
29.08.202617 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
-
29.08.2026Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
29.08.2026Atdan yıxılan 12 yaşlı oğlan öldü
-
29.08.2026Yol polisindən sürücülərə xəbərdarlıq
-
29.08.2026Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
-
29.08.2026Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.