15.08.2026
Azərbaycanda 50 kiloqramlıq unun topdansatış qiymətində ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Avqustun 10-dan etibarən ölkədə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,50–29,40 manat arasında dəyişir. İlin əvvəlində isə bu göstərici 26,10–28,60 manat təşkil edib. Beləliklə, unun topdansatış qiymətinin aşağı həddi 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb.
Bəs unun bahalaşması çörəyin qiymətinə də təsir edəcəkmi?
DuzXeber.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, bu bahalaşmanın səbəbi maraq doğurur: "Hazırkı bahalaşmanın əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsinin yenidən kəskinləşməsi və Qara dənizdən taxıl ixracının əhəmiyyətli dərəcədə azalmasıdır. Bu amil dünya bazarında taxılın qiymətinin yüksəlməsinə, nəticədə isə unun bahalaşmasına səbəb olub. Düzdür, hazırda 50 kiloqramlıq bir kisə unun qiymətində 80 qəpik, hətta 1 manatlıq artımın çörəyin qiymətinə ciddi təsir göstərməsi gözlənilmir. Lakin bu tendensiya davamlı xarakter alarsa və taxılın qiymətində daha böyük artım baş verərsə, vəziyyət dəyişə bilər. Çünki Azərbaycanın əmtəəlik taxıl tələbatının təxminən 50 faizi xaricdən idxal hesabına təmin olunur. Bu baxımdan dünya bazarındakı qiymət artımı gələcəkdə daxili bazara daha ciddi təsir göstərə bilər. Sırf çörəyin qiymətinə gəldikdə isə hesab edirəm ki, yaxın dövrdə çörəyin bahalaşması ehtimalı yüksək deyil. Azərbaycanda çörəyin qiymətinə çox həssas yanaşılır. Buna görə də istehsalçılar qiyməti birbaşa artırmaq əvəzinə, alternativ addımlara gedə bilirlər.
Məsələn, çörəyin qiyməti dəyişdirilmədən onun çəkisi 10, 15 və ya 20 qram azaldıla bilər. Beləliklə, istehsal xərclərindəki artım qiymətə deyil, məhsulun çəkisinə yansıyır.Çox güman ki, hazırkı vəziyyətdə də buna bənzər bir yanaşmanın şahidi ola bilərik. Yəni çörəyin qiyməti dəyişməyə bilər, amma onun çəkisində müəyyən azalma baş verə bilər".
"Unun qiymətindəki artım müvəqqətidir, yoxsa qarşıdakı aylarda daha böyük bahalaşma riski var"sualına müsahibimiz bu cür cavab verib:"Bu, böyük ölçüdə Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması imkanlarının bərpa olunub-olunmamasından asılı olacaq. Hazırda Qara dənizdə vəziyyət kifayət qədər mürəkkəbdir və taxıl ixracı əvvəlki həcmdə həyata keçirilə bilmir. Ukrayna öz taxılını alternativ marşrutlarla, əsasən Rumıniya və Polşa üzərindən dünya bazarına çıxarmağa çalışır. Ukraynanın ixrac etdiyi taxılın həcmi kifayət qədər böyükdür – söhbət on milyonlarla tondan gedir. Rusiya da dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Ölkənin əsas taxıl ixrac infrastrukturlarından biri isə Qara dəniz sahilində yerləşən Novorossiysk limanıdır. Buradan taxıl Aralıq dənizi vasitəsilə Afrika və Asiya ölkələri də daxil olmaqla dünyanın müxtəlif bazarlarına göndərilirdi.
Hazırda isə Qara dənizdəki təhlükəsizlik və logistika problemləri taxıl daşıyan gəmilərin hərəkətinə ciddi maneələr yaradır. Bu da dünya bazarında təklifin azalması və qiymətlərin yüksəlməsi riskini artırır.
Lakin vəziyyətin uzunmüddətli xarakter alacağı hələ məlum deyil. Çünki daha əvvəl də belə bir vəziyyətlə qarşılaşmışıq. Müharibə davam etdiyi bir vaxtda İstanbulda Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı razılaşma əldə edilmiş, Türkiyənin vasitəçiliyi ilə taxıl ixracının davam etdirilməsi üçün mexanizm yaradılmışdı".
Sonda ekspert dedi ki, hazırda da yeni razılaşmanın əldə olunması ehtimalı var və bununla bağlı danışıqlar aparılır. "Əgər yaxın vaxtlarda tərəflər arasında razılıq əldə olunarsa, taxıl və unun qiymətindəki artımın müvəqqəti xarakter daşıması mümkündür. Əks halda, yəni Qara dəniz üzərindən taxıl ixracı ilə bağlı problemlər davam edərsə və alternativ marşrutlar mövcud tələbatı tam qarşılaya bilməzsə, qarşıdakı aylarda qiymət təzyiqi daha da arta bilər. Xüsusilə qış aylarında taxıl və unun daha yüksək qiymətlərlə qarşılaşması ehtimalı istisna edilmir"deyə, iqtisadçı vurğulayıb.(DİA-AZ)
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Azərbaycanda 50 kiloqramlıq unun topdansatış qiymətində ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Avqustun 10-dan etibarən ölkədə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,50–29,40 manat arasında dəyişir. İlin əvvəlində isə bu göstərici 26,10–28,60 manat təşkil edib. Beləliklə, unun topdansatış qiymətinin aşağı həddi 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb.Bəs unun bahalaşması çörəyin qiymətinə də təsir edəcəkmi?
DuzXeber.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, bu bahalaşmanın səbəbi maraq doğurur: "Hazırkı bahalaşmanın əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsinin yenidən kəskinləşməsi və Qara dənizdən taxıl ixracının əhəmiyyətli dərəcədə azalmasıdır. Bu amil dünya bazarında taxılın qiymətinin yüksəlməsinə, nəticədə isə unun bahalaşmasına səbəb olub. Düzdür, hazırda 50 kiloqramlıq bir kisə unun qiymətində 80 qəpik, hətta 1 manatlıq artımın çörəyin qiymətinə ciddi təsir göstərməsi gözlənilmir. Lakin bu tendensiya davamlı xarakter alarsa və taxılın qiymətində daha böyük artım baş verərsə, vəziyyət dəyişə bilər. Çünki Azərbaycanın əmtəəlik taxıl tələbatının təxminən 50 faizi xaricdən idxal hesabına təmin olunur. Bu baxımdan dünya bazarındakı qiymət artımı gələcəkdə daxili bazara daha ciddi təsir göstərə bilər. Sırf çörəyin qiymətinə gəldikdə isə hesab edirəm ki, yaxın dövrdə çörəyin bahalaşması ehtimalı yüksək deyil. Azərbaycanda çörəyin qiymətinə çox həssas yanaşılır. Buna görə də istehsalçılar qiyməti birbaşa artırmaq əvəzinə, alternativ addımlara gedə bilirlər.
Məsələn, çörəyin qiyməti dəyişdirilmədən onun çəkisi 10, 15 və ya 20 qram azaldıla bilər. Beləliklə, istehsal xərclərindəki artım qiymətə deyil, məhsulun çəkisinə yansıyır.Çox güman ki, hazırkı vəziyyətdə də buna bənzər bir yanaşmanın şahidi ola bilərik. Yəni çörəyin qiyməti dəyişməyə bilər, amma onun çəkisində müəyyən azalma baş verə bilər".
"Unun qiymətindəki artım müvəqqətidir, yoxsa qarşıdakı aylarda daha böyük bahalaşma riski var"sualına müsahibimiz bu cür cavab verib:"Bu, böyük ölçüdə Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması imkanlarının bərpa olunub-olunmamasından asılı olacaq. Hazırda Qara dənizdə vəziyyət kifayət qədər mürəkkəbdir və taxıl ixracı əvvəlki həcmdə həyata keçirilə bilmir. Ukrayna öz taxılını alternativ marşrutlarla, əsasən Rumıniya və Polşa üzərindən dünya bazarına çıxarmağa çalışır. Ukraynanın ixrac etdiyi taxılın həcmi kifayət qədər böyükdür – söhbət on milyonlarla tondan gedir. Rusiya da dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Ölkənin əsas taxıl ixrac infrastrukturlarından biri isə Qara dəniz sahilində yerləşən Novorossiysk limanıdır. Buradan taxıl Aralıq dənizi vasitəsilə Afrika və Asiya ölkələri də daxil olmaqla dünyanın müxtəlif bazarlarına göndərilirdi.
Hazırda isə Qara dənizdəki təhlükəsizlik və logistika problemləri taxıl daşıyan gəmilərin hərəkətinə ciddi maneələr yaradır. Bu da dünya bazarında təklifin azalması və qiymətlərin yüksəlməsi riskini artırır.
Lakin vəziyyətin uzunmüddətli xarakter alacağı hələ məlum deyil. Çünki daha əvvəl də belə bir vəziyyətlə qarşılaşmışıq. Müharibə davam etdiyi bir vaxtda İstanbulda Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı razılaşma əldə edilmiş, Türkiyənin vasitəçiliyi ilə taxıl ixracının davam etdirilməsi üçün mexanizm yaradılmışdı".
Sonda ekspert dedi ki, hazırda da yeni razılaşmanın əldə olunması ehtimalı var və bununla bağlı danışıqlar aparılır. "Əgər yaxın vaxtlarda tərəflər arasında razılıq əldə olunarsa, taxıl və unun qiymətindəki artımın müvəqqəti xarakter daşıması mümkündür. Əks halda, yəni Qara dəniz üzərindən taxıl ixracı ilə bağlı problemlər davam edərsə və alternativ marşrutlar mövcud tələbatı tam qarşılaya bilməzsə, qarşıdakı aylarda qiymət təzyiqi daha da arta bilər. Xüsusilə qış aylarında taxıl və unun daha yüksək qiymətlərlə qarşılaşması ehtimalı istisna edilmir"deyə, iqtisadçı vurğulayıb.(DİA-AZ)
Oxşar xəbərlər
-
3.06.2026Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA -
11.03.2026Azərbaycanda unun son topdansatış qiymətləri -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.01.2026Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR -
26.12.2025Problemli kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA
Xəbər lenti
-
29.08.2026Liderlər Bişkekdə toplanır - Əliyev də var
-
29.08.2026Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"
-
29.08.20263 gün hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
29.08.2026Ər həyat yoldaşının burnunu dişləyib qopardı - VİDEO
-
29.08.2026Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)
-
29.08.2026ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"
-
29.08.2026Bakı-Naxçıvan aviareysləri təxirə salındı
-
29.08.202611 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
-
29.08.2026Kiyevə dron hücumu olub -bir azyaşlı ölüb
-
29.08.2026Bakıda qadınlar gəlinlik salonunda dava saldılar
-
29.08.202621 marşrutun hərəkət sxemi dəyişdirildi
-
29.08.2026Gəlininin məzarına su götürmək istəyərkən, boğulub öldü
-
29.08.2026Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
-
29.08.2026Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
29.08.2026Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
29.08.2026Doktoranturaya girənlərə hərbi xidmətdən möhlət verilir - Şərt
-
29.08.2026Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
-
29.08.2026Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
-
29.08.2026Bakıda leysan olacaq - PROQNOZ
-
29.08.2026Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
-
29.08.2026Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
-
29.08.2026Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
29.08.2026Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
29.08.2026Hərbi komissar öldürüldü
-
29.08.202617 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
-
29.08.2026Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
29.08.2026Atdan yıxılan 12 yaşlı oğlan öldü
-
29.08.2026Yol polisindən sürücülərə xəbərdarlıq
-
29.08.2026Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
-
29.08.2026Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.



