17.08.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.
DuzXeber.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama əsasən, təqsirləndirilən şəxs Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il tarixli əmri ilə paytaxtın Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2014-cü il tarixli əmri ilə 2016-cı ilədək həmin məktəbin direktoru vəzifəsini icra edib.
Məlumata görə, 1964-cü il təvəllüdlü Cavad Səfərov məktəb direktoru vəzifəsini icra etdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olub. O, məktəbdə şagirdlərin sayı az olan siniflərdən komplekt siniflərin təşkil edilməsi, ştat cədvəlinin hazırlanması, kadrların seçilməsi və işə qəbul edilməsi, habelə işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlərə malik olub.
Bundan başqa, ittihamda qeyd edilir ki, təqsirləndirilən şəxs məktəbin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, məktəbə məxsus əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə cavabdeh şəxslərin müvafiq əmrlə təyin edilməsinə dair səlahiyyətlərə malik olub.
İttihama görə, hadisə 2015-ci ilin avqust ayının əvvəllərində baş verib. Həmin vaxt məktəbdə direktor vəzifəsini icra edən Cavad Səfərova tanışı Ruxsarə Babayeva müraciət edərək təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin qadının xeyrinə edəcəyi hərəkətə görə – onu məktəbə xadimə kimi işə qəbul etməsi, faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə şərait yaratması və xidmət üzrə ümumi himayədarlıq göstərməsi müqabilində ondan 6 000 manat rüşvət istəyib. Pul məktəbin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən inzibati binasındakı xidməti otaqda tələb edilib.
2015-ci ilin avqust ayının sonlarında Ruxsarə Babayeva Cavad Səfərova xidməti otağında 5 500 manat pul verib. Bundan sonra təqsirləndirilən şəxsin 2015-ci il tarixli əmri ilə Ruxsarə Babayeva həmin məktəbdə xadimə vəzifəsinə təyin edildiyi bildirilir.
İstintaqın gəldiyi nəticəyə görə, Cavad Səfərov bununla həmin şəxsin faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz şərait yaradıb və aldığı pul müqabilində ona xidmət üzrə ümumi himayədarlıq edib.
Beləliklə, cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Ruxsarə Babayevanın xadimə vəzifəsinə qəbul edilməsinə və faktiki olaraq daha yüksək səlahiyyətlərə malik işi həyata keçirməsinə şərait yaratmaq müqabilində əvvəlcə 6 000 manat tələb edib, 5 500 manat rüşvət alıb.
Məhkəmə iclasında ifadə verən Cavad Səfərov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Ruxsarə Babayeva 2015-ci ilin oktyabrında onun yanına gələrək işsiz olduğunu və məktəbdə xadimə işləmək istədiyini deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə boş ştat olub və o, qadını işə götürəcəyini bildirib, daha sonra sənədlərini alıb. O, Ruxsarə Babayevanın vəzifəsinin məktəbin təmizlik işlərini həyata keçirməkdən ibarət olduğunu deyib.
Cavad Səfərov məhkəmədə söyləyib ki, təsərrüfat işləri üzrə müdiri vəzifəsi eyni zamanda direktor müavini vəzifəsidir və həmin vəzifəyə şəxsin işə qəbul edilməsi məktəb direktorunun səlahiyyətində deyil: “Bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri tələb olunur”.
Təqsirləndirilən şəxs bu səbəbdən Ruxsarə Babayevanın təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin etmək səlahiyyətinin olmadığını bildirib. O, qadından bunun müqabilində hər hansı məbləğdə pul almadığını vurğulayıb.
Cavad Səfərov bildirib ki, Ruxsarə Babayevanın müraciəti əsasında onu yalnız texniki işçi kimi işə qəbul edib və bunun üçün ondan heç bir pul almayıb.
O, həmçinin Ruxsarə Babayevaya hər hansı məbləğdə pul qaytarmadığını da deyib.
Məhkəmədəki ifadəsində təqsirləndirilən şəxs məktəbdə anbarın açarının və mallara nəzarətin təsərrüfat müdirində olduğunu, digər şəxsin isə anbara müdaxilə etmək səlahiyyətinin olmadığını əlavə edib.
Cavad Səfərovun sözlərinə görə, xadimələr arasında iş bölgüsünü də təsərrüfat işləri üzrə direktor müavini həyata keçirib.
Hökmə əsasən, Cavad Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib./Xalqxeber.az/
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.DuzXeber.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Oxşar xəbərlər
-
28.07.2026Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət -
17.06.2026Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...