17.08.2026
Azərbaycanın qətiyyətli sülhə məcburetmə siyasəti fonunda Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar formalaşmaqdadır və rəsmi Bakının yürütdüyü strateji xətt regionda sülh prosesini dönməz mərhələyə daxil edib. Lakin bütün bu müsbət irəliləyişlərə baxmayaraq, Ermənistanda hələ də revanşist qüvvələr hələ də mövcudluğunu qoruyub saxlayır. Güclü maliyyə resurslarına, parlamentdəki təsir imkanlarına, media şəbəkələrinə, eləcə də erməni kilsəsi və xarici havadarlarının (Rusiya və Fransa kimi dövlətlərin) dəstəyinə arxalanan bu dairələr sülh müqaviləsinin imzalanmasına hər cür mane olmağa çalışırlar. Baş nazir Nikol Paşinyanın qarşısında duran ən əsas və çətin vəzifə məhz bu daxildəki "sualtı daşları" zamanında neytrallaşdırmaq, Azərbaycanla başlanan tarixi barışıq prosesini qəti sonluğa çatdırmaq və ona dönməz xarakter verməkdir.
Son günlərdə tərəflər arasında praktiki müstəvidə atılan addımlar da diqqət çəkir. Belə ki, Ermənistan baş naziri son açıqlamasında azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında ölkəsində olduğunu ilk dəfə rəsmən təsdiqləyib. Həmin səfərlər zamanı elektrik ötürücü xətlər, dəmir yolu bağlantıları, boru kəmərləri və kommunikasiya xətləri üzrə konkret müzakirələrin aparılması onu göstərir ki, SSRİ-nin dağılmasından on illər sonra Bakı və İrəvan nəhayət ki, iqtisadi və enerji inteqrasiyasına doğru real addımlar atmağa başlayıb. Hətta gələcəkdə Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı sahəsində tərəfdaşlığın mümkünsüz olmadığı da dilə gətirilir. Təbii ki, regionda sülhün və sabitliyin bərqərar olmasını istəməyən, həmişə "bulanıq suda balıq tutmağa" adət etmiş qüvvələr bu tərəqqidən ciddi şəkildə narahatdırlar.
Məhz belə həssas və müsbət bir fonda İrəvanda təxribat xarakterli addımların atılmasına hazırlıq görülməsi diqqətdən yayınmır. Yayılan məlumatlara görə, avqustun 18-də mifik separatçı qurumun keçmiş "məmurları" ilə uydurma "artsax parlamenti fraksiyalarının" nümayəndələri qondarma "artsax nümayəndəliyi"ndə görüş keçirməyi planlaşdırırlar. Guya bu görüşdə yeni "prezident seçkisi" və "parlament sədri" kimi absurd məsələlərin müzakirə olunacağı iddia edilir. Cəmiyyətdə haqlı olaraq sual yaranır: separatçıların əsas yuvası olan və təxribat ocağı kimi tanınan bu üzdəniraq "nümayəndəlik" indiyə qədər niyə qapadılmayıb? İrəvan hakimiyyəti bir müddət əvvəl parlament binasından qondarma rejimin "bayraq" adlanan əski parçasını yığışdırmaqla müəyyən addım atsa da, görəsən, sabah separatçıların açıq şəkildə toplaşıb Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yenidən meydan oxumasına imkan verəcəkmi? Bu sualın cavabı İrəvanın sülh prosesindəki səmimiyyətini bir daha üzə çıxaracaq.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan politoloq Rəşad Qənizadə qeyd edib ki, Ermənistanda hələ də revanşist qüvvələrin baş qaldırmağa cəhd göstərməsi və keçmiş separatçıların müxtəlif bəhanələrlə yenidən aktivləşməsi rəsmi İrəvanın ikili oyun oynamasının göstəricisidir: "Ermənistan hakimiyyəti yaxşı dərk etməlidir ki, bir tərəfdən Azərbaycanla kommunikasiyaların açılması və enerji layihələrindən danışmaq, digər tərəfdən isə ölkə daxilində ləğv olunmuş qondarma rejimin qalıqlarına sığınacaq vermək və onların təxribatçı toplantılarına göz yummaq sülh prosesinə açıq-aşkar zərbədir."
Onun sözlərinə görə, İrəvan sərgilədiyi bu cür qeyri-müəyyən mövqe ilə həm öz gələcəyini təhlükə altına atır, həm də regional sabitliyi pozmağa çalışan xarici qüvvələrin əlinə oynayır: "Əgər Nikol Paşinyan hökuməti həqiqətən də sülh müqaviləsinin imzalanmasında və regionda uzunmüddətli sabitliyin bərqərar olmasında maraqlıdırsa, ilk növbədə daxildəki bu cür separatçı yuvalarını birdəfəlik ləğv etməli və dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır."
O, qeyd edib ki, Azərbaycan dövləti heç vaxt öz sərhədləri daxilində hər hansı separatizmə və revanşist cəhdlərə göz yummayacaq və istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq: "Bakı prosesləri diqqətlə izləyir və İrəvandan sözdə deyil, əməldə real addımlar gözləyir; əgər Ermənistan rəhbərliyi bu cür təhlükəli oyunlara son qoymasa, bunun məsuliyyəti birbaşa onların üzərinə düşəcək."
Paşinyan üçün KRİTİK tarix başladı - Ermənistan hər an qarışa bilər!
Azərbaycanın qətiyyətli sülhə məcburetmə siyasəti fonunda Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar formalaşmaqdadır və rəsmi Bakının yürütdüyü strateji xətt regionda sülh prosesini dönməz mərhələyə daxil edib. Lakin bütün bu müsbət irəliləyişlərə baxmayaraq, Ermənistanda hələ də revanşist qüvvələr hələ də mövcudluğunu qoruyub saxlayır. Güclü maliyyə resurslarına, parlamentdəki təsir imkanlarına, media şəbəkələrinə, eləcə də erməni kilsəsi və xarici havadarlarının (Rusiya və Fransa kimi dövlətlərin) dəstəyinə arxalanan bu dairələr sülh müqaviləsinin imzalanmasına hər cür mane olmağa çalışırlar. Baş nazir Nikol Paşinyanın qarşısında duran ən əsas və çətin vəzifə məhz bu daxildəki "sualtı daşları" zamanında neytrallaşdırmaq, Azərbaycanla başlanan tarixi barışıq prosesini qəti sonluğa çatdırmaq və ona dönməz xarakter verməkdir.Son günlərdə tərəflər arasında praktiki müstəvidə atılan addımlar da diqqət çəkir. Belə ki, Ermənistan baş naziri son açıqlamasında azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında ölkəsində olduğunu ilk dəfə rəsmən təsdiqləyib. Həmin səfərlər zamanı elektrik ötürücü xətlər, dəmir yolu bağlantıları, boru kəmərləri və kommunikasiya xətləri üzrə konkret müzakirələrin aparılması onu göstərir ki, SSRİ-nin dağılmasından on illər sonra Bakı və İrəvan nəhayət ki, iqtisadi və enerji inteqrasiyasına doğru real addımlar atmağa başlayıb. Hətta gələcəkdə Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı sahəsində tərəfdaşlığın mümkünsüz olmadığı da dilə gətirilir. Təbii ki, regionda sülhün və sabitliyin bərqərar olmasını istəməyən, həmişə "bulanıq suda balıq tutmağa" adət etmiş qüvvələr bu tərəqqidən ciddi şəkildə narahatdırlar.
Məhz belə həssas və müsbət bir fonda İrəvanda təxribat xarakterli addımların atılmasına hazırlıq görülməsi diqqətdən yayınmır. Yayılan məlumatlara görə, avqustun 18-də mifik separatçı qurumun keçmiş "məmurları" ilə uydurma "artsax parlamenti fraksiyalarının" nümayəndələri qondarma "artsax nümayəndəliyi"ndə görüş keçirməyi planlaşdırırlar. Guya bu görüşdə yeni "prezident seçkisi" və "parlament sədri" kimi absurd məsələlərin müzakirə olunacağı iddia edilir. Cəmiyyətdə haqlı olaraq sual yaranır: separatçıların əsas yuvası olan və təxribat ocağı kimi tanınan bu üzdəniraq "nümayəndəlik" indiyə qədər niyə qapadılmayıb? İrəvan hakimiyyəti bir müddət əvvəl parlament binasından qondarma rejimin "bayraq" adlanan əski parçasını yığışdırmaqla müəyyən addım atsa da, görəsən, sabah separatçıların açıq şəkildə toplaşıb Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yenidən meydan oxumasına imkan verəcəkmi? Bu sualın cavabı İrəvanın sülh prosesindəki səmimiyyətini bir daha üzə çıxaracaq.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan politoloq Rəşad Qənizadə qeyd edib ki, Ermənistanda hələ də revanşist qüvvələrin baş qaldırmağa cəhd göstərməsi və keçmiş separatçıların müxtəlif bəhanələrlə yenidən aktivləşməsi rəsmi İrəvanın ikili oyun oynamasının göstəricisidir: "Ermənistan hakimiyyəti yaxşı dərk etməlidir ki, bir tərəfdən Azərbaycanla kommunikasiyaların açılması və enerji layihələrindən danışmaq, digər tərəfdən isə ölkə daxilində ləğv olunmuş qondarma rejimin qalıqlarına sığınacaq vermək və onların təxribatçı toplantılarına göz yummaq sülh prosesinə açıq-aşkar zərbədir."
Onun sözlərinə görə, İrəvan sərgilədiyi bu cür qeyri-müəyyən mövqe ilə həm öz gələcəyini təhlükə altına atır, həm də regional sabitliyi pozmağa çalışan xarici qüvvələrin əlinə oynayır: "Əgər Nikol Paşinyan hökuməti həqiqətən də sülh müqaviləsinin imzalanmasında və regionda uzunmüddətli sabitliyin bərqərar olmasında maraqlıdırsa, ilk növbədə daxildəki bu cür separatçı yuvalarını birdəfəlik ləğv etməli və dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır."
O, qeyd edib ki, Azərbaycan dövləti heç vaxt öz sərhədləri daxilində hər hansı separatizmə və revanşist cəhdlərə göz yummayacaq və istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq: "Bakı prosesləri diqqətlə izləyir və İrəvandan sözdə deyil, əməldə real addımlar gözləyir; əgər Ermənistan rəhbərliyi bu cür təhlükəli oyunlara son qoymasa, bunun məsuliyyəti birbaşa onların üzərinə düşəcək."
Oxşar xəbərlər
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
1.08.2026Paşinyan Putinə açıq meydan oxuyur? –İrəvan Avropa kursunda israrlıdır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



