19.08.2026
Məlum olduğu kimi, avqustun 15-dən Bakı Metropolitenində aparılan təmir işləri səbəbindən “28 May”-“Nizami” istiqamətində qatarların hərəkəti dayandırılıb və bu vəziyyətin təxminən 11 ay davam edəcəyi bildirilir. Nəticədə “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək təyin olunmuş ekspress avtobuslardan istifadə etməli olurlar. Bu isə sərnişin üçün əlavə 60 qəpik xərc deməkdir.
Məhz buna görə cəmiyyətdə həmin avtobusların ödənişsiz olması ilə bağlı tələblər səslənir. Metropolitendəki dəyişikliklə əlaqədar tətbiq olunan bu xüsusi marşrutların pulsuz olması mümkündürmü?
DuzXeber.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ekspress avtobusların ödənişsiz olması ilə bağlı ictimai tələbi müsbət qiymətləndirir:
“Çünki nəqliyyat siyasətində əsas meyar yalnız tarif və gəlir deyil, vətəndaşın rahatlığı, əlçatanlığı və gündəlik xərclərinin azaldılması olmalıdır. Xüsusilə metroda yaranmış məhdudiyyətləri kompensasiya etmək üçün təşkil olunan ekspress marşrutlar adi kommersiya xidməti kimi deyil, müəyyən mənada ictimai ehtiyacdan doğan alternativ nəqliyyat xidməti kimi qiymətləndirilməlidir. Vətəndaş onsuz da nəqliyyatdan istifadə etmək üçün pul ödəyir”.
İqtisadçının fikrincə, əgər metro xəttində yaranmış problemə görə sərnişin alternativ ekspress avtobusdan istifadə etməyə məcburdursa, onun üzərinə əlavə maliyyə yükünün qoyulması yenidən nəzərdən keçirilməlidir:
“Burada söhbət böyük məbləğdən getməyə bilər. Amma hər gün işə və ya universitetə gedib-gələn vətəndaş üçün 50-60 qəpik əlavə ödəniş belə ayın sonunda nəzərəçarpacaq xərcə çevrilir. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu məsələ daha həssasdır”.
A.İbrahimovun sözlərinə görə, ekspress avtobusların müəyyən müddət ərzində ödənişsiz təşkil edilməsi mümkündür:
“Bunun üçün xidmətin xərcləri dövlət və ya şəhər büdcəsindən subsidiya edilə bilər. Əgər bu addım vətəndaşın rahatlığını artırır, avtomobildən istifadənin azalmasına və tıxacların yüngülləşməsinə səbəb olursa, həmin xərci yalnız xərc kimi qiymətləndirmək düzgün deyil. Hətta daha optimal model tətbiq oluna bilər: metro fəaliyyətində fasilə və ya məhdudiyyət yaranan zaman onu əvəz edən ekspress marşrutlarda vahid və ya pulsuz keçid sistemi tətbiq edilsin. Vətəndaş bir nəqliyyat xidmətində yaranmış problemin yükünü ikinci dəfə ödəniş etməklə daşımamalıdır”.
İqtisadçı deyib ki, ən azı 11 ay ekspress avtobusları ödənişsiz fəaliyyət göstərə bilər:
“Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis kimi bütün məsuliyyətimlə deyirəm ki, ən azı metro xəttinin normal fəaliyyətinə qayıdana qədər ekspress avtobusların ödənişsiz və ya əhəmiyyətli güzəştlə fəaliyyət göstərməsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, Lüksemburqda ekspress marşrutlar ödənişsizdir. Düşünürəm ki, bunu Bakıda da tətbiq etmək olar”.
Avtobuslar ödənişsiz ola bilər - AÇIQLAMA
Məlum olduğu kimi, avqustun 15-dən Bakı Metropolitenində aparılan təmir işləri səbəbindən “28 May”-“Nizami” istiqamətində qatarların hərəkəti dayandırılıb və bu vəziyyətin təxminən 11 ay davam edəcəyi bildirilir. Nəticədə “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək təyin olunmuş ekspress avtobuslardan istifadə etməli olurlar. Bu isə sərnişin üçün əlavə 60 qəpik xərc deməkdir.Məhz buna görə cəmiyyətdə həmin avtobusların ödənişsiz olması ilə bağlı tələblər səslənir. Metropolitendəki dəyişikliklə əlaqədar tətbiq olunan bu xüsusi marşrutların pulsuz olması mümkündürmü?
DuzXeber.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ekspress avtobusların ödənişsiz olması ilə bağlı ictimai tələbi müsbət qiymətləndirir:
“Çünki nəqliyyat siyasətində əsas meyar yalnız tarif və gəlir deyil, vətəndaşın rahatlığı, əlçatanlığı və gündəlik xərclərinin azaldılması olmalıdır. Xüsusilə metroda yaranmış məhdudiyyətləri kompensasiya etmək üçün təşkil olunan ekspress marşrutlar adi kommersiya xidməti kimi deyil, müəyyən mənada ictimai ehtiyacdan doğan alternativ nəqliyyat xidməti kimi qiymətləndirilməlidir. Vətəndaş onsuz da nəqliyyatdan istifadə etmək üçün pul ödəyir”.
İqtisadçının fikrincə, əgər metro xəttində yaranmış problemə görə sərnişin alternativ ekspress avtobusdan istifadə etməyə məcburdursa, onun üzərinə əlavə maliyyə yükünün qoyulması yenidən nəzərdən keçirilməlidir:
“Burada söhbət böyük məbləğdən getməyə bilər. Amma hər gün işə və ya universitetə gedib-gələn vətəndaş üçün 50-60 qəpik əlavə ödəniş belə ayın sonunda nəzərəçarpacaq xərcə çevrilir. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu məsələ daha həssasdır”.
A.İbrahimovun sözlərinə görə, ekspress avtobusların müəyyən müddət ərzində ödənişsiz təşkil edilməsi mümkündür:
“Bunun üçün xidmətin xərcləri dövlət və ya şəhər büdcəsindən subsidiya edilə bilər. Əgər bu addım vətəndaşın rahatlığını artırır, avtomobildən istifadənin azalmasına və tıxacların yüngülləşməsinə səbəb olursa, həmin xərci yalnız xərc kimi qiymətləndirmək düzgün deyil. Hətta daha optimal model tətbiq oluna bilər: metro fəaliyyətində fasilə və ya məhdudiyyət yaranan zaman onu əvəz edən ekspress marşrutlarda vahid və ya pulsuz keçid sistemi tətbiq edilsin. Vətəndaş bir nəqliyyat xidmətində yaranmış problemin yükünü ikinci dəfə ödəniş etməklə daşımamalıdır”.
İqtisadçı deyib ki, ən azı 11 ay ekspress avtobusları ödənişsiz fəaliyyət göstərə bilər:
“Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis kimi bütün məsuliyyətimlə deyirəm ki, ən azı metro xəttinin normal fəaliyyətinə qayıdana qədər ekspress avtobusların ödənişsiz və ya əhəmiyyətli güzəştlə fəaliyyət göstərməsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, Lüksemburqda ekspress marşrutlar ödənişsizdir. Düşünürəm ki, bunu Bakıda da tətbiq etmək olar”.
Oxşar xəbərlər
-
17.08.2026AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır? - AKTUAL -
14.08.2026Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



