19.08.2026
Rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və onlara qarşı kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır.
Duzxeber.az xəbər verir ki, araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların maddi vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş şəkildə istifadə edirlər. Onların tətbiq etdiyi əsas üsullar və mexanizmlər aşağıdakılardır:
Saxta yaxın profilləri (borc istənilməsi): Dələduzlar sosial şəbəkələrdən dostunuzun və ya qohumunuzun şəklini və adını oğurlayaraq saxta profil yaradırlar. Həmin şəxsin adından sizə yazaraq müxtəlif bəhanələrlə ("xəstəxanadayam, təcili pul lazımdır, mənə 500 manat göndər, yarım saata qaytaracağam" və s.) təcili pul köçürmənizi xahiş edirlər.
Psixoloji təzyiq zəngləri: Özünü bank və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxslər zəng edərək vətəndaşı təşvişə salırlar ("Adınıza qanunsuz kredit götürülüb" və ya "Kartınızdan terrorçulara pul köçürülür, günahsız olduğunuzu sübut etmək və məsuliyyətdən azad olmaq üçün təcili kart məlumatlarınızı və SMS-lə gələn kodu bizə deyin, yaxud pul göndərin həll edək" və s.). Bir çox hallarda nisbətən məlumatsız və yaşlı nəslin nümayəndələri hədəf seçilir; əvvəlcə tanıdıqları şəxslərin adından onlara mesajlar göndərilir ("Hüquq-mühafizə orqanının filan adlı əməkdaşı sizinlə əlaqə saxlayacaq, problem yaranmaması üçün dediklərini et"). Vətəndaş “tanıdığı” şəxsə inanaraq saxta hüquq-mühafizə orqanı əməkdaşı ilə danışır, məlumatları onlara təqdim edir, hətta adına "kreditlərin silinməsi" bəhanəsi ilə yenidən kredit götürüb onlara göndərməyə və s. fəaliyyətlərə sövq edilir.
Saxta investisiya və qazanc vədləri: Sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir təklif edən yalançı elanlar yerləşdirirlər ("10 manat yatır, 1 saata 200 manat qazan"). Vətəndaş ilkin olaraq az məbləğ köçürür, sistemdə saxta artım göstərilərək onu daha çox pul yatırmağa həvəsləndirirlər və sonda bütün vəsaiti mənimsəyib yoxa çıxırlar.
Fişinq hücumları: Məşhur elan və ya poçt xidmətlərinin rəsmi saytlarına bənzər saxta keçidlər göndərirlər ("Məhsulunuz alınıb, pulu kartınıza köçürmək üçün bu linkə daxil olun, beh üçün kart məlumatlarınızı göndərin" və s.). Vətəndaş həmin saxta səhifəyə kart məlumatlarını və şifrəsini daxil edən kimi balansındakı bütün pullar silinir.
Saxta bildirişlər: Vətəndaşlara uydurma cərimə, kommunal borc və ya vergi bildirişləri göndərirlər ("Sizin 45 manat cəriməniz var, dərhal bu linkdən ödəyin, əks halda avtomobiliniz duracağa aparılacaq və ya məhkəməyə veriləcəksiniz"). Vətəndaş tələsik şəkildə saxta keçidə daxil olaraq kart məlumatlarını qurban verir.
Kiberhücumlardan qorunmaq və dələduzluq qurbanına çevrilməmək üçün vətəndaşlardan aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur:
Yaxınlarınızdan gələn müraciətləri yoxlayın: Tanışlarınızdan təcili pul köçürməyi xahiş edən mesajlar daxil olduqda, dərhal həmin şəxsə zəng edərək və ya digər vasitələrlə vəziyyəti birbaşa özü ilə dəqiqləşdirin.
Məxfi məlumatları heç kimlə paylaşmayın: Banklar, dövlət qurumları və ya digər rəsmi təşkilatlar heç vaxt telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və ya SMS-də gələn təsdiq kodunu tələb etmirlər.
Şübhəli keçidlərə daxil olmayın: Tanımadığınız şəxslərdən gələn və ya "pulu almaq üçün keçidə daxil olun" tipli mesajlardakı linklərə klikləməyin. Xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə edin.
Təşvişə qapılmayın: "Hesabınızdan pul çıxarılır", "adınıza kredit götürülüb" və ya “terrorçulara pul köçürülüb” kimi zənglər aldığınız zaman dərhal əlaqəni kəsin və özünü təqdim edən şəxsin əməkdaşı olduğunu bildirdiyi qurumun rəsmi, tanınan nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın.
Vətəndaşlardan rəqəmsal mühitdə ayıq-sayıq olmaq, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssaslıqla yanaşmaq xahiş olunur.
Vətəndaşlara kiberdələduzluq təhlükələri ilə bağlı xəbərdarlıq edildi
Rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və onlara qarşı kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır.Duzxeber.az xəbər verir ki, araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların maddi vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş şəkildə istifadə edirlər. Onların tətbiq etdiyi əsas üsullar və mexanizmlər aşağıdakılardır:
Saxta yaxın profilləri (borc istənilməsi): Dələduzlar sosial şəbəkələrdən dostunuzun və ya qohumunuzun şəklini və adını oğurlayaraq saxta profil yaradırlar. Həmin şəxsin adından sizə yazaraq müxtəlif bəhanələrlə ("xəstəxanadayam, təcili pul lazımdır, mənə 500 manat göndər, yarım saata qaytaracağam" və s.) təcili pul köçürmənizi xahiş edirlər.
Psixoloji təzyiq zəngləri: Özünü bank və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxslər zəng edərək vətəndaşı təşvişə salırlar ("Adınıza qanunsuz kredit götürülüb" və ya "Kartınızdan terrorçulara pul köçürülür, günahsız olduğunuzu sübut etmək və məsuliyyətdən azad olmaq üçün təcili kart məlumatlarınızı və SMS-lə gələn kodu bizə deyin, yaxud pul göndərin həll edək" və s.). Bir çox hallarda nisbətən məlumatsız və yaşlı nəslin nümayəndələri hədəf seçilir; əvvəlcə tanıdıqları şəxslərin adından onlara mesajlar göndərilir ("Hüquq-mühafizə orqanının filan adlı əməkdaşı sizinlə əlaqə saxlayacaq, problem yaranmaması üçün dediklərini et"). Vətəndaş “tanıdığı” şəxsə inanaraq saxta hüquq-mühafizə orqanı əməkdaşı ilə danışır, məlumatları onlara təqdim edir, hətta adına "kreditlərin silinməsi" bəhanəsi ilə yenidən kredit götürüb onlara göndərməyə və s. fəaliyyətlərə sövq edilir.
Saxta investisiya və qazanc vədləri: Sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir təklif edən yalançı elanlar yerləşdirirlər ("10 manat yatır, 1 saata 200 manat qazan"). Vətəndaş ilkin olaraq az məbləğ köçürür, sistemdə saxta artım göstərilərək onu daha çox pul yatırmağa həvəsləndirirlər və sonda bütün vəsaiti mənimsəyib yoxa çıxırlar.
Fişinq hücumları: Məşhur elan və ya poçt xidmətlərinin rəsmi saytlarına bənzər saxta keçidlər göndərirlər ("Məhsulunuz alınıb, pulu kartınıza köçürmək üçün bu linkə daxil olun, beh üçün kart məlumatlarınızı göndərin" və s.). Vətəndaş həmin saxta səhifəyə kart məlumatlarını və şifrəsini daxil edən kimi balansındakı bütün pullar silinir.
Saxta bildirişlər: Vətəndaşlara uydurma cərimə, kommunal borc və ya vergi bildirişləri göndərirlər ("Sizin 45 manat cəriməniz var, dərhal bu linkdən ödəyin, əks halda avtomobiliniz duracağa aparılacaq və ya məhkəməyə veriləcəksiniz"). Vətəndaş tələsik şəkildə saxta keçidə daxil olaraq kart məlumatlarını qurban verir.
Kiberhücumlardan qorunmaq və dələduzluq qurbanına çevrilməmək üçün vətəndaşlardan aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur:
Yaxınlarınızdan gələn müraciətləri yoxlayın: Tanışlarınızdan təcili pul köçürməyi xahiş edən mesajlar daxil olduqda, dərhal həmin şəxsə zəng edərək və ya digər vasitələrlə vəziyyəti birbaşa özü ilə dəqiqləşdirin.
Məxfi məlumatları heç kimlə paylaşmayın: Banklar, dövlət qurumları və ya digər rəsmi təşkilatlar heç vaxt telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və ya SMS-də gələn təsdiq kodunu tələb etmirlər.
Şübhəli keçidlərə daxil olmayın: Tanımadığınız şəxslərdən gələn və ya "pulu almaq üçün keçidə daxil olun" tipli mesajlardakı linklərə klikləməyin. Xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə edin.
Təşvişə qapılmayın: "Hesabınızdan pul çıxarılır", "adınıza kredit götürülüb" və ya “terrorçulara pul köçürülüb” kimi zənglər aldığınız zaman dərhal əlaqəni kəsin və özünü təqdim edən şəxsin əməkdaşı olduğunu bildirdiyi qurumun rəsmi, tanınan nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın.
Vətəndaşlardan rəqəmsal mühitdə ayıq-sayıq olmaq, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssaslıqla yanaşmaq xahiş olunur.
Oxşar xəbərlər
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər... -
3.07.2026Sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə uşaqların psixi sağlamlığını qoruya bilər - RƏY -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



