20.08.2026
Banklar haqqınızda nə bilir? Banklar sizin haqqınızda hansı məlumatları toplayır? Banklar məlumatlarımızı niyə istəyir? – Hər kəs bilməlidir.
Müasir dünyanın rəqəmsallaşması əksər sahələrdə olduğu kimi maliyyə dünyasını da dəyişir. Xüsusən də bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur. Bu zaman əsas sual ortaya çıxır. Banklar müştərilərinə fərdi yanaşmanı necə tətbiq edir? Cavab sadədir – sahib olduqları məlumatlar hesabına. Bəs həmin məlumatlar necə toplanır?
DuzXeber.az Marja.az-a istinadən xəbər verir ki, bankların istifadə etdiyi məlumatların böyük hissəsi vətəndaşın özü tərəfindən verilir. Hesab açarkən, kart sifariş edərkən, kredit üçün müraciət edərkən və ya mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumat müştəri tərəfindən qanun çərçivəsində, rəsmi və könüllü şəkildə təqdim olunur. Bundan əlavə bank, qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi məlumatları müvafiq rəsmi qurumlardan əldə edə bilər. Məsələn, müştərinin maliyyə risklərinin qiymətləndirilməsi üçün lazım olan əmək haqqı, təcrübə, kredit tarixçəsi və.s məlumatlar kimi.
Bəs bu məlumatların toplanmasına səbəb nədir?
Əsas məqsəd təhlükəsiz və fərdi xidmət göstərməkdir. Məsələn, şəxsiyyət təsdiq edilmədən hesab açıla bilməz, gəlir məlumatı olmadan kredit verilə bilməz, əlaqə nömrəsi olmadan əməliyyat bildirişləri göndərilə bilməz. Bundan başqa, banklar qanunvericiliyə əsasən müştərini tanımalı və maliyyə risklərini qiymətləndirməlidirlər. Bu, həm dələduzluğun qarşısını almaq, həm də maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçündür.
Elə isə bankların bunun üçün hüquqi əsası varmı?
Banklar müştəri məlumatlarını yalnız "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplaya və emal edə bilərlər. Bu, həm müştəri təhlükəsizliyini, həm də maliyyə sisteminin stabilliyini təmin edir. Məlumatlar yalnız qeyd edilən məqsəd üçün istifadə olunur, üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur. Ən vacibi isə müştəri məlumatlarının toplanmasına və emalına bank məhsullarından istifadə edərkən qanunvericilik əsasında təsdiq etdiyi razılıq vasitəsilə icazə verir. Həmçinin bank müştərisi olmadığı vətəndaşın məlumatlarını sorğulamır.
Vətəndaş məlumatlarının emalına qadağa qoya bilərmi?
Qanunvericiliyə əsasən hər kəs şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdir. Bunun üçün müştərisi olduğu banka müraciət edə, həmçinin "My.gov.az" platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər. Sadəcə nəzərə almaq lazımdır ki, bununla da o, özünün bəzi xidmət imkanlarını məhdudlaşdırmış olacaq. Məsələn, kreditə ehtiyacı olan biri hansısa bankda ona uyğun sərfəli şərtlərlə təqdim edilən kredit kampaniyasından və ya fərdiləşdirilmiş təklifdən məlumatsız qalacaq.
Müştəri məlumatları necə qorunur?
Banklar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm beynəlxalq qaydalara, həm də Mərkəzi Bankın tələblərinə uyğun olaraq müxtəlif təhlükəsizlik tədbirləri ilə müştəri məlumatlarını qoruyur və buna zəmanət verir. Həmçinin müştərilərə rəqəmsal xidmətlər, fərdi məhsullar təqdim edərkən daha geniş imkanlar yaradır. Odur ki, qanun çərçivəsində bankla vətəndaş arasında olan məlumat mübadiləsi müştəriyə fərdi və ehtiyaclarına uyğun xidmətlər almaq, vaxt itirmədən onlayn xidmətlərdən istifadə etmək, müxtəlif bank məhsullarını fərdi və daha yaxşı şərtlərlə almaq imkanı yaradır. Banklar isə bununla müştərilərinə ehtiyaclarına uyğun, individual və daha yaxşı xidmət göstərmək imkanı əldə edirlər.
Nəticə etibarı ilə bankların məlumat toplaması həm qanuni tələblərə, həm də təhlükəsiz, fərdi və rahat maliyyə xidmətinin göstərilməsinə əsaslanır. Əsas məsələ müştərilərin də öz hüquqlarınızı bilməsi və məlumatlarının hansı məqsədlə istifadə olunacağını anlamasıdır.
Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar
Banklar haqqınızda nə bilir? Banklar sizin haqqınızda hansı məlumatları toplayır? Banklar məlumatlarımızı niyə istəyir? – Hər kəs bilməlidir.Müasir dünyanın rəqəmsallaşması əksər sahələrdə olduğu kimi maliyyə dünyasını da dəyişir. Xüsusən də bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur. Bu zaman əsas sual ortaya çıxır. Banklar müştərilərinə fərdi yanaşmanı necə tətbiq edir? Cavab sadədir – sahib olduqları məlumatlar hesabına. Bəs həmin məlumatlar necə toplanır?
DuzXeber.az Marja.az-a istinadən xəbər verir ki, bankların istifadə etdiyi məlumatların böyük hissəsi vətəndaşın özü tərəfindən verilir. Hesab açarkən, kart sifariş edərkən, kredit üçün müraciət edərkən və ya mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumat müştəri tərəfindən qanun çərçivəsində, rəsmi və könüllü şəkildə təqdim olunur. Bundan əlavə bank, qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi məlumatları müvafiq rəsmi qurumlardan əldə edə bilər. Məsələn, müştərinin maliyyə risklərinin qiymətləndirilməsi üçün lazım olan əmək haqqı, təcrübə, kredit tarixçəsi və.s məlumatlar kimi.
Bəs bu məlumatların toplanmasına səbəb nədir?
Əsas məqsəd təhlükəsiz və fərdi xidmət göstərməkdir. Məsələn, şəxsiyyət təsdiq edilmədən hesab açıla bilməz, gəlir məlumatı olmadan kredit verilə bilməz, əlaqə nömrəsi olmadan əməliyyat bildirişləri göndərilə bilməz. Bundan başqa, banklar qanunvericiliyə əsasən müştərini tanımalı və maliyyə risklərini qiymətləndirməlidirlər. Bu, həm dələduzluğun qarşısını almaq, həm də maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçündür.
Elə isə bankların bunun üçün hüquqi əsası varmı?
Banklar müştəri məlumatlarını yalnız "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplaya və emal edə bilərlər. Bu, həm müştəri təhlükəsizliyini, həm də maliyyə sisteminin stabilliyini təmin edir. Məlumatlar yalnız qeyd edilən məqsəd üçün istifadə olunur, üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur. Ən vacibi isə müştəri məlumatlarının toplanmasına və emalına bank məhsullarından istifadə edərkən qanunvericilik əsasında təsdiq etdiyi razılıq vasitəsilə icazə verir. Həmçinin bank müştərisi olmadığı vətəndaşın məlumatlarını sorğulamır.
Vətəndaş məlumatlarının emalına qadağa qoya bilərmi?
Qanunvericiliyə əsasən hər kəs şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdir. Bunun üçün müştərisi olduğu banka müraciət edə, həmçinin "My.gov.az" platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər. Sadəcə nəzərə almaq lazımdır ki, bununla da o, özünün bəzi xidmət imkanlarını məhdudlaşdırmış olacaq. Məsələn, kreditə ehtiyacı olan biri hansısa bankda ona uyğun sərfəli şərtlərlə təqdim edilən kredit kampaniyasından və ya fərdiləşdirilmiş təklifdən məlumatsız qalacaq.
Müştəri məlumatları necə qorunur?
Banklar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm beynəlxalq qaydalara, həm də Mərkəzi Bankın tələblərinə uyğun olaraq müxtəlif təhlükəsizlik tədbirləri ilə müştəri məlumatlarını qoruyur və buna zəmanət verir. Həmçinin müştərilərə rəqəmsal xidmətlər, fərdi məhsullar təqdim edərkən daha geniş imkanlar yaradır. Odur ki, qanun çərçivəsində bankla vətəndaş arasında olan məlumat mübadiləsi müştəriyə fərdi və ehtiyaclarına uyğun xidmətlər almaq, vaxt itirmədən onlayn xidmətlərdən istifadə etmək, müxtəlif bank məhsullarını fərdi və daha yaxşı şərtlərlə almaq imkanı yaradır. Banklar isə bununla müştərilərinə ehtiyaclarına uyğun, individual və daha yaxşı xidmət göstərmək imkanı əldə edirlər.
Nəticə etibarı ilə bankların məlumat toplaması həm qanuni tələblərə, həm də təhlükəsiz, fərdi və rahat maliyyə xidmətinin göstərilməsinə əsaslanır. Əsas məsələ müştərilərin də öz hüquqlarınızı bilməsi və məlumatlarının hansı məqsədlə istifadə olunacağını anlamasıdır.
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
30.01.2026Kapital Bank vətəndaşın kartından necə və hansı əsasla vəsait çıxarır? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



