27.08.2026
Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq yalnız siyasi müstəvidə deyil, iqtisadi baxımdan da ciddi suallar doğurur. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan bu boğazla bağlı qərarların tez-tez dəyişməsi neft bazarında, dəniz daşımalarında və beynəlxalq ticarətdə qeyri-müəyyənliyi artıra bilər. Bölgədən keçən enerji və yük axınlarının hər hansı səbəbdən məhdudlaşması yanacaq qiymətlərindən tutmuş daşınma xərclərinə qədər bir sıra göstəricilərə təsir göstərə bilər. Belə bir vəziyyətin uzun müddət davam etməsi enerji təchizatının şaxələndirilməsi, alternativ marşrutların axtarılması və bəzi ölkələrin iqtisadi planlarına yenidən baxması ilə nəticələnə bilər. ABŞ və İranın mövqelərindəki dəyişikliklər fonunda yaranan hər yeni qərar isə bazar iştirakçılarının növbəti addımlarla bağlı qeyri-müəyyənliyini daha da artırır. Bu prosesdən Azərbaycanın enerji ixracı, neft gəlirləri, xarici ticarəti və regiondakı nəqliyyat marşrutları da müəyyən dərəcədə təsirlənə bilərmi?
DuzXeber.az xəbər verir ki, bu sualı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, Hörmüz boğazı ətrafında ABŞ və İranın tez-tez dəyişən qərarları dünya iqtisadiyyatında ən çox qeyri-müəyyənlik yaradır:

“Bəzən boğazın açılacağı barədə xəbərlər nefti ucuzlaşdırır, ertəsi gün yeni sanksiya və ya hərbi təhdid qiymətləri yenidən yüksəldir. Bu dalğalanma enerji, nəqliyyat, sığorta və logistika xərclərini artıraraq bir çox ölkədə inflyasiya təzyiqi yaradır.
Hörmüzdən dünya neftinin və mayeləşdirilmiş qazın mühüm hissəsi daşındığı üçün burada sabitliyin pozulması təkcə Yaxın Şərqə deyil, Asiya və Avropa bazarlarına da təsir edir. Gəmi sığortasının bahalaşması və marşrut risklərinin artması beynəlxalq ticarətin maya dəyərini yüksəldir”.
Ekspert qeyd edib ki, Azərbaycan üçün qısamüddətli dövrdə neft qiymətlərinin artması ixrac gəlirlərini yüksəldə bilsə də, uzunmüddətli qeyri-sabitlik idxal və daşınma xərclərini artıraraq inflyasiya təzyiqi yarada bilər. Bu baxımdan, ölkə üçün daha əlverişli olan yüksək neft qiymətlərindən çox, Hörmüz boğazında sabitliyin və proqnozlaşdırıla bilən şəraitin bərpasıdır:
“Azərbaycan üçün də təsirlər mümkündür. Qısamüddətli dövrdə neftin bahalaşması dövlət büdcəsi və ixrac gəlirləri baxımından müsbət görünə bilər. Lakin uzun müddət davam edən qeyri-sabitlik idxal olunan yanacaq, ərzaq, gübrə və daşınma xərclərini artıraraq daxili qiymətlərə də təzyiq göstərə bilər. Bu isə inflyasiya riskini yüksəldir.
Ona görə Azərbaycan üçün ən əlverişli ssenari yüksək neft qiymətindən daha çox, Hörmüzdə sabitliyin bərpası və qərarların proqnozlaşdırıla bilən olmasıdır. Sabit mühit həm enerji gəlirlərini, həm də ticarət və logistikanı daha dayanıqlı edir”, - deyə A.Nəsirli fikirlərini tamamlayıb.//Fidan Vəlisoy
Hörmüz böhranının dərinləşməsi Azərbaycana təsir edəcək?
Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq yalnız siyasi müstəvidə deyil, iqtisadi baxımdan da ciddi suallar doğurur. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan bu boğazla bağlı qərarların tez-tez dəyişməsi neft bazarında, dəniz daşımalarında və beynəlxalq ticarətdə qeyri-müəyyənliyi artıra bilər. Bölgədən keçən enerji və yük axınlarının hər hansı səbəbdən məhdudlaşması yanacaq qiymətlərindən tutmuş daşınma xərclərinə qədər bir sıra göstəricilərə təsir göstərə bilər. Belə bir vəziyyətin uzun müddət davam etməsi enerji təchizatının şaxələndirilməsi, alternativ marşrutların axtarılması və bəzi ölkələrin iqtisadi planlarına yenidən baxması ilə nəticələnə bilər. ABŞ və İranın mövqelərindəki dəyişikliklər fonunda yaranan hər yeni qərar isə bazar iştirakçılarının növbəti addımlarla bağlı qeyri-müəyyənliyini daha da artırır. Bu prosesdən Azərbaycanın enerji ixracı, neft gəlirləri, xarici ticarəti və regiondakı nəqliyyat marşrutları da müəyyən dərəcədə təsirlənə bilərmi?DuzXeber.az xəbər verir ki, bu sualı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, Hörmüz boğazı ətrafında ABŞ və İranın tez-tez dəyişən qərarları dünya iqtisadiyyatında ən çox qeyri-müəyyənlik yaradır:

“Bəzən boğazın açılacağı barədə xəbərlər nefti ucuzlaşdırır, ertəsi gün yeni sanksiya və ya hərbi təhdid qiymətləri yenidən yüksəldir. Bu dalğalanma enerji, nəqliyyat, sığorta və logistika xərclərini artıraraq bir çox ölkədə inflyasiya təzyiqi yaradır.
Hörmüzdən dünya neftinin və mayeləşdirilmiş qazın mühüm hissəsi daşındığı üçün burada sabitliyin pozulması təkcə Yaxın Şərqə deyil, Asiya və Avropa bazarlarına da təsir edir. Gəmi sığortasının bahalaşması və marşrut risklərinin artması beynəlxalq ticarətin maya dəyərini yüksəldir”.
Ekspert qeyd edib ki, Azərbaycan üçün qısamüddətli dövrdə neft qiymətlərinin artması ixrac gəlirlərini yüksəldə bilsə də, uzunmüddətli qeyri-sabitlik idxal və daşınma xərclərini artıraraq inflyasiya təzyiqi yarada bilər. Bu baxımdan, ölkə üçün daha əlverişli olan yüksək neft qiymətlərindən çox, Hörmüz boğazında sabitliyin və proqnozlaşdırıla bilən şəraitin bərpasıdır:
“Azərbaycan üçün də təsirlər mümkündür. Qısamüddətli dövrdə neftin bahalaşması dövlət büdcəsi və ixrac gəlirləri baxımından müsbət görünə bilər. Lakin uzun müddət davam edən qeyri-sabitlik idxal olunan yanacaq, ərzaq, gübrə və daşınma xərclərini artıraraq daxili qiymətlərə də təzyiq göstərə bilər. Bu isə inflyasiya riskini yüksəldir.
Ona görə Azərbaycan üçün ən əlverişli ssenari yüksək neft qiymətindən daha çox, Hörmüzdə sabitliyin bərpası və qərarların proqnozlaşdırıla bilən olmasıdır. Sabit mühit həm enerji gəlirlərini, həm də ticarət və logistikanı daha dayanıqlı edir”, - deyə A.Nəsirli fikirlərini tamamlayıb.//Fidan Vəlisoy
Oxşar xəbərlər
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
4.08.2026Sərhəddə quruyan nəhəng:Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir? -
4.07.2026Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? -
12.06.2026Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır... -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir
Xəbər lenti
-
29.08.2026Liderlər Bişkekdə toplanır - Əliyev də var
-
29.08.2026Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"
-
29.08.20263 gün hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
29.08.2026Ər həyat yoldaşının burnunu dişləyib qopardı - VİDEO
-
29.08.2026Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)
-
29.08.2026ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"
-
29.08.2026Bakı-Naxçıvan aviareysləri təxirə salındı
-
29.08.202611 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
-
29.08.2026Kiyevə dron hücumu olub -bir azyaşlı ölüb
-
29.08.2026Bakıda qadınlar gəlinlik salonunda dava saldılar
-
29.08.202621 marşrutun hərəkət sxemi dəyişdirildi
-
29.08.2026Gəlininin məzarına su götürmək istəyərkən, boğulub öldü
-
29.08.2026Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
-
29.08.2026Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
29.08.2026Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
29.08.2026Doktoranturaya girənlərə hərbi xidmətdən möhlət verilir - Şərt
-
29.08.2026Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
-
29.08.2026Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
-
29.08.2026Bakıda leysan olacaq - PROQNOZ
-
29.08.2026Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
-
29.08.2026Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
-
29.08.2026Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
29.08.2026Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
29.08.2026Hərbi komissar öldürüldü
-
29.08.202617 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
-
29.08.2026Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
29.08.2026Atdan yıxılan 12 yaşlı oğlan öldü
-
29.08.2026Yol polisindən sürücülərə xəbərdarlıq
-
29.08.2026Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
-
29.08.2026Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.



