29.08.2026
“IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var”.
DuzXeber.az xəbər verir ki, xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
“Bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.
Müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur.
Burada mühüm bir məqamı vurğulamaq istəyirəm: hərbi tibb üzrə təhsil almaq istəyən namizədlər üçün tibbi müayinədən keçmək tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.
Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.
Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa aid qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.
Qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan edilib.
Hərbi tibblə bağlı elanla burada tanış olmaq mümkündür: https://shorturl.at/4Yw6Z
Hərbi mühəndisliklə bağlı məlumat: https://shorturl.at/09fkS
Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət artıq keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya kiməsə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir”, – deyə o əlavə edib.
DİM sədri qeyd edib ki, eyni zamanda bir məsələni də unutmayaq.
“Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu, gələcək peşə ilə yanaşı, hərbi xidməti də seçmək deməkdir.
Ona görə də mən heç kimi yalnız bu il mütləq tələbə olmaq naminə bu imkandan istifadə etməyə çağırmıram. Bu istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin isə yaranmış imkandan xəbərdar olması vacibdir.
Yeni imkan yalnız o zaman dəyərlidir ki, insanın öz seçiminə çevrilsin”.
600-dən çox bal toplayıb kənarda qalanlara – DİM sədrindən şad xəbər
“IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var”.DuzXeber.az xəbər verir ki, xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
“Bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.
Müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur.
Burada mühüm bir məqamı vurğulamaq istəyirəm: hərbi tibb üzrə təhsil almaq istəyən namizədlər üçün tibbi müayinədən keçmək tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.
Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.
Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa aid qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.
Qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan edilib.
Hərbi tibblə bağlı elanla burada tanış olmaq mümkündür: https://shorturl.at/4Yw6Z
Hərbi mühəndisliklə bağlı məlumat: https://shorturl.at/09fkS
Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət artıq keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya kiməsə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir”, – deyə o əlavə edib.
DİM sədri qeyd edib ki, eyni zamanda bir məsələni də unutmayaq.
“Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu, gələcək peşə ilə yanaşı, hərbi xidməti də seçmək deməkdir.
Ona görə də mən heç kimi yalnız bu il mütləq tələbə olmaq naminə bu imkandan istifadə etməyə çağırmıram. Bu istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin isə yaranmış imkandan xəbərdar olması vacibdir.
Yeni imkan yalnız o zaman dəyərlidir ki, insanın öz seçiminə çevrilsin”.
Oxşar xəbərlər
-
31.07.2026DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir -
7.07.2026Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər -
12.03.2026Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.08.2026Liderlər Bişkekdə toplanır - Əliyev də var
-
29.08.2026Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"
-
29.08.20263 gün hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
29.08.2026Ər həyat yoldaşının burnunu dişləyib qopardı - VİDEO
-
29.08.2026Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)
-
29.08.2026ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"
-
29.08.2026Bakı-Naxçıvan aviareysləri təxirə salındı
-
29.08.202611 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
-
29.08.2026Kiyevə dron hücumu olub -bir azyaşlı ölüb
-
29.08.2026Bakıda qadınlar gəlinlik salonunda dava saldılar
-
29.08.202621 marşrutun hərəkət sxemi dəyişdirildi
-
29.08.2026Gəlininin məzarına su götürmək istəyərkən, boğulub öldü
-
29.08.2026Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
-
29.08.2026Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
29.08.2026Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
29.08.2026Doktoranturaya girənlərə hərbi xidmətdən möhlət verilir - Şərt
-
29.08.2026Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
-
29.08.2026Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
-
29.08.2026Bakıda leysan olacaq - PROQNOZ
-
29.08.2026Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
-
29.08.2026Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
-
29.08.2026Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
29.08.2026Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
29.08.2026Hərbi komissar öldürüldü
-
29.08.202617 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
-
29.08.2026Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
29.08.2026Atdan yıxılan 12 yaşlı oğlan öldü
-
29.08.2026Yol polisindən sürücülərə xəbərdarlıq
-
29.08.2026Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
-
29.08.2026Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.



