2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur".
DuzXeber.az Qaynarinfo- ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib.
"Hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.
Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5-11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.
Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.
Burada yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm. Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.
Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib.
Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.
Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək.
Şagirdlərimizin və valideynlərin xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib", - DİM sədri qeyd edib.
Bəs imtahan modelində nə dəyişir?
"2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.
Yeni tədris ilinə başlayan bütün şagirdlərimizə uğurlar arzulayıram. Tövsiyəm budur ki, hazırlıq prosesində müxtəlif qeyri-rəsmi məlumatların yaratdığı narahatlığa deyil, DİM tərəfindən dərc ediləcək rəsmi imtahan proqramlarına əsaslanasınız. Proqramlar dərc olunduqdan sonra hər bir fənn üzrə imtahana daxil edilən mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq", - M.Abbaszadə qeyd edib.
Gündəm / Təhsil / Manşet
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
Gündəm / Cəmiyyət
Ateist kliniki ölüm keçirib mömin oldu
Gündəm / Təhsil / Manşet
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
Gündəm / Siyasət
Azərbaycan və Ermənistan bu barədə RAZILIQ ƏLDƏ ETDİ
Gündəm / Siyasət / Üst xəbər
Ermənistan konstitusiyasını dəyişməlidir - Rəsmi Bakıdan açıq mesaj
Gündəm / Təhsil
PISA-2025 Azərbaycan təhsilinin nəticəsi təhsil sisteminin diaqnozudur
Gündəm / Manşet
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Gündəm / Dünya
Alman müxalifətindən ÇAĞIRIŞ: “Rusiyaya zərbələrə kömək etməyin!”
Gündəm / Sosial
"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib
Gündəm / Cəmiyyət
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi
Gündəm / Manşet
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Gündəm / Hadisə
Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI
Gündəm / Kriminal
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
Gündəm / Mədəniyyət / Üst xəbər
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
Bakıya yağış yağacaq, şimşək çaxacaq
Gündəm / Manşet
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
Gündəm / Sosial
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
Gündəm / Dünya
Səudiyyə Ərəbistanında təhlükə siqnalları çalındı
Gündəm / Dünya
Yaponiyadan sonra Rusiyada da başladı: Ayılar kütləvi şəkildə öldürülür
Gündəm / Üst xəbər / Manşet
Vətəndaş faktı göstərdi, yardım dayandırıldı – bəs niyə indi Qorxmaz Abdullayev özü məhkəmə qarşısındadır?
Gündəm / Cəmiyyət
Arvadına iş tapmaq üçün 24 manatından oldu – Polis hərəkətə keçdi
Gündəm / Hadisə
Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var
Gündəm / Təhsil
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Gündəm / Manşet
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Gündəm / Dünya
Minlərlə rus 5 ölkəyə girəcək – Tarix verildi, siyahıda Azərbaycan da var
Gündəm / Dünya
ABŞ-ın 2 hərbi gəmisinə və 8 tankerə zərbələr endirildi
Gündəm / Təhsil / Manşet
Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?
Gündəm / Dünya
12 ölkədən İsrailə ticarət qadağası
Gündəm / İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
Gündəm / Sosial
2027-ci illə bağlı Vanqanın proqnozu
Gündəm / Cəmiyyət