Milli Məclisin plenar iclasında çıxış edən deputat Razi Nurullayev qadınların əmək bazarında iştirakı və ailələrə dövlət dəstəyi ilə bağlı vacib məsələlərə toxunub.

DuzXeber.az xəbər veri ki, deputatın sözlərinə görə, qadınların ana olduqdan sonra peşəkar fəaliyyətdən uzaqlaşmaması üçün müvafiq şərait yaradılmalıdır. Onun sözlərinə görə, dayə və uşaq bağçaları ilə təminat, inkişaf imkanları, eləcə də dərsdənkənar qayğı xidmətləri bu mühitin vacib tərkib hissəsi olmalıdır.

Deputat çıxışında uşaqların gələcək təminatının da diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb:

“Təhsil və fərdi inkişafa yönəlmiş dövlət dəstəyi valideynlərin yalnız cari hüquqlarını təmin etməklə mahdudlaşmamalı, eyni zamanda övladın gələcək bünövrəsinin qoyulmasına xidmət etməlidir. Ən əsas məqam isə budur: Dövlət ailələrə sadəcə ‘övlad sahibi olun’ çağırışı etməməli, bu addımın məsuliyyətini onların yükündən götürən tərəf kimi çıxış etməlidir. Gənc ailələr hiss etməlidirlər ki, bu yolda tək deyillər; mənzil təminatı, uşaq qayğısı, təhsil və əmək fəaliyyətində dövlət hər zaman onların yanındadır. Çünki demoqrafik problemləri yalnız arzular və çağırışlarla həll etmək mümkün deyil. İnsan yalnız gələcəyinə inandıqda, övladının rifahı və təhlükəsizliyinə əmin olduqda belə bir qərar verir”.

Paylaş