Sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən DuzXeber.az-a bildirilib ki, ilkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Paylaş