DuzXeber.az xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Qarabağa Qayıdış” – ilk Texnika Festivalı keçirilib.
Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafına dəstək məqsədilə təşkil olunan festivalda müasir kənd təsərrüfatı texnikalarının nümayişi, fermerlər və sahibkarlar üçün lizinq imkanlarının təqdimatı, eləcə də kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilib.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyin rəhbər şəxsləri, rəsmi qonaqlar, fermerlər, sahibkarlar, rayon və kənd sakinləri iştirak ediblər.
Festival çərçivəsində Prior Leasing tərəfindən təqdim olunan müxtəlif kənd təsərrüfatı texnikaları nümayiş etdirilib. Fermerlərə müasir texnikaların lizinq yolu ilə əldə edilməsi, maliyyə şərtləri və təsərrüfatların texniki təminatının gücləndirilməsi istiqamətində imkanlar təqdim olunub.
Tədbirdə təqdim olunan xüsusi imkanlar sırasında traktorlara 0 faiz ilkin ödəniş, ilk 6 ay aylıq ödənişsiz lizinq, “İndi al, 6 ay sonra ödə” imkanı, traktor alanlara aqreqatların 10 faiz ilkin ödənişlə təqdim edilməsi və texnikaların pulsuz çatdırılması kimi şərtlər yer alıb.
Bundan əlavə, New Holland texnikaları üçün 7 ilədək lizinq imkanının təqdim edildiyi, texnikalardan səmərəli istifadə üçün operator təlimlərinin də təşkil olunacağı bildirilib.
Festival yalnız texnika sərgisi ilə məhdudlaşmayıb. Kənd və rayon sakinləri tərəfindən müxtəlif kənd təsərrüfatı və yerli məhsulların satışı təşkil olunub. İştirakçılar həmçinin sahibkarlarla görüşlər keçirərək təsərrüfatları üçün zəruri olan texnikalarla bağlı məlumat əldə etmək və sifariş imkanlarını müzakirə etmək imkanı qazanıblar.
Tədbir çərçivəsində müxtəlif yarışlar, hədiyyələr və tanınmış müğənnilərin iştirakı ilə musiqili-əyləncəli proqram da təşkil olunub.
Festival Ağalı kəndində həm kənd təsərrüfatı texnikalarının nümayişi, həm də yerli məhsulların təqdimatı baxımından diqqət çəkib.
Davamı videomaterialda:
DuzXeber.az olaraq tədbirdə iştirak etdik və festival zamanı qeydə aldığımız maraqlı videogörüntüləri oxucularımıza təqdim edirik.












