6.01.2026
Duzxeber.az: - Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb. Müraciətdə 165 ailə FHN rəhbərindən nazirliyin sözügedən binanı istismara götürməsini, mənzillərə Çıxarış verilməsi üçün müvafiq addımın atılmasında köməklik göstərilməsini xahiş edir. Sakinlər binanın artıq heç bir problemi qalmadığını, kommunal infrastrukturun təmin olunduğunu da qeyd edib.
Müraciətdə deyilir: “Cənab nazir, ilk növbədə qeyd etməliyik ki, “Sahil- S İnşaat” MTK-dan mənzil alan 165 ailə illərdir üzləşdiyi problemlərin həlli və hüquqlarının bərpası uğrunda hüquqi mübarizə aparır. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satmasının ifşa olunması, onların istintaqa cəlb edilməsi həm də binada xeyli problemlərin yarımçıq qalmasına səbəb olmuşdu.
MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək bu binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikintinin tamamlanması, liftlərin quraşdırılması və digər infrastrukturun reallaşdırılması kredit götürdüyümüz vəsaitlər hesabına mümkün olub. Lakin binada tikintinin yekunlaşdırılması ilə sakinlərin problemləri tam həllini tapmayıb. Təbii ki, mənzillərin su, işıq və qazla təmin olunması ən vacib həllini gözləyən məsələlərdən idi. Ona görə də kommunal infrastrukturun bu gün fasiləsiz təmin olunmasında Birinci Vitse-Prezident Mehriban Əliyeva, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, hörmətli deputat Zahid Oruc bizə böyük köməklik göstərib. Artıq binada qaz, su və işıq, var. Ancaq binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə Çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var. Hazırda ən böyük problemimiz də məhz mənzillərin Çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Çünki götürdüyümüz kreditləri qaytarmaq üçün mənzilləri satmaq istəyirik. Ancaq mənzillərin Çıxarışı olmadığına görə notariuslar alqı-satqını həyata keçirmir. Bu da borclarımızı qaytarmaq üçün mənzillərimizi satmaqda ciddi hüquqi maneə yaradıb.
Ümumiyyətlə isə təkcə mənzillərin satışı deyil, hər bir sakin mülkünün Çıxarışlı olmasını arzulayır. Bu həm də müxtəlif idarələrdə zəruri sənədləşmə, mənzillərin qeydiyyatına düşmək, övladlarımızın yaxınlıqdakı təhsil ocaqlarına yazdırılması və digər çətinliklərin aşırılmasında mühüm məsələdir”.
Sakinlər K. Heydərova müraciətdə nazirdən onları sevindirəcək reaksiya gözlədiklərini vurğulayıblar: “Cənab nazir, biz inanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də yeni ilin ilk günlərində bizi sevindirəcək bir tapşırıq verəcəksiniz. İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan məsələlərinə bir nazir olaraq Sizin də töhfəniz, qatqınız olacaq. Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem qalmayıb. Bizi aldadan şəxslərə hökm oxunmasını gözləyirik ki, o dələduzların MTK rəhbərliyindən də uzaqlaşdıraq və kollektiv idarəçilik yaradaq. Ancaq məhkəmənin qərarına qədər ümid edirik ki, binanı istismara götürmək, mənzillərə Çıxarışa görə lazımi rəyi vermək nazirlik üçün çətin olmayacaq. Biz bütün sənədləri təqdim etməyə hazırıq və hər şey qaydasındadır.
Cənab nazir, inanırıq ki, Şəhərsalma və Memarlıq ilində müracətimizə cavab olaraq hamımızı sevindirən reaksiyanız olacaq”.//mediaxeberleri.az

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi

Oxşar xəbərlər
-
26.12.2025Mais Məmmədov qanunsuz obyekətə hansı şərtlərlə icazə verib?-Video -
18.12.2025FHN-nin “kiçik” satınalması və illərdir dəyişməyən ünvan: “CBS-PP” MMC köhnə iddiaların fonunda yenidən gündəmdə -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
27.11.2025İlham Əliyev Bakıda zavod açılışında -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
18.06.2026Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
-
18.06.2026Moskva vilayətinə "qara yağış" yağdı
-
18.06.2026Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
-
18.06.2026Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
-
18.06.2026Tikinti materiallarının istehsalı artıb
-
18.06.2026Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü
-
18.06.2026İran uranı zənginləşdirməkdən çəkilir
-
18.06.202619 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video
-
18.06.2026Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
18.06.2026II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz
-
18.06.2026Keçmiş vəkil hakim qarşısında
-
18.06.2026Türkiyəli aktyor saxlanıldı
-
18.06.2026Goranboyda ata qızını öldürən kürəkəni bağışladı
-
18.06.2026Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?
-
18.06.2026"Səbail” baş məşqçisi ilə yollarını ayırdı
-
18.06.2026Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi
-
18.06.2026Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR
-
18.06.2026Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama
-
18.06.2026Pendirin bu xeyrini bilirdiniz?
-
18.06.2026Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir
-
18.06.2026ABŞ Avropadakı hərbi töhfələrini ixtisar edir – NATO
-
18.06.2026Sabah bütün pensiyalar ödəniləcək
-
18.06.2026Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
-
18.06.2026Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan
-
18.06.2026ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
-
18.06.2026Azərbaycanda doğulanlar azalıb
-
18.06.2026Neftin bu günə olan qiyməti
-
18.06.2026Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?
-
18.06.2026Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu
-
18.06.2026Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib