Məlum olub ki, tenderin qalibi Əsəd Qacar oğlu Əzizov olub. Onunla 36 min 367 manatlıq müqavilə bağlanılıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, AQTA bu proses çərçivəsində 5 ədəd eleqant beş hissəli mebel dəsti, 8 ədəd müdir kürsüsü, 40 ədəd təlim otağı üçün kürsü, 4 ədəd metal dolab və 6 ədəd Bayraq dirəyi alacaq.
Xatırladaq ki, AQTA ötən il 16 tender keçirib. Həmin tenderlərin əksər hissəsini avtomobillərin təmiri, dəftərxana ləvazimatlarının, habelə katriclərin alınması təşkil edib.//tribunainfo


