7.01.2026
Duzxeber.az: Bəzi ərazilərdə kirayə qalan və evini müqaviləsiz kirayə verən şəxslərlə bağlı monitorinqlər başlayıb. Bəs Müqaviləsiz evini kirayə verən şəxsləri, eyni zamanda kirayə qalanları nə gözləyir?
Məsələ ilə bağlı Milli.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Vergi Məcəlləsinin tələbinə görə isə daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir üçün vergi ödənməlidir:
“Məcəlləyə edilən son dəyişikliyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyir və bu Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir”.
Vəkil nəzərə çatdırıb ki, qanunda nəzərdə tutulmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə isə maliyyə sanksiyası müəyyən edilmişdir.
Əlavə edib ki, əgər icarəyə verən fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur:
“Kirayədə qalanların cərimələnməsi isə vergi öhdəliyi ilə deyil, olduğu yer üzrə qeydiyyata düşməməklə bağlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar”.
R.Əliyevin sözlərinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud digər qanuni əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana və digər bu kimi yaşayış yerləri başa düşülür:
“Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır”.
Bildirib ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 563.-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir”.
Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı
Duzxeber.az: Bəzi ərazilərdə kirayə qalan və evini müqaviləsiz kirayə verən şəxslərlə bağlı monitorinqlər başlayıb. Bəs Müqaviləsiz evini kirayə verən şəxsləri, eyni zamanda kirayə qalanları nə gözləyir?Məsələ ilə bağlı Milli.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Vergi Məcəlləsinin tələbinə görə isə daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir üçün vergi ödənməlidir:
“Məcəlləyə edilən son dəyişikliyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyir və bu Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir”.
Vəkil nəzərə çatdırıb ki, qanunda nəzərdə tutulmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə isə maliyyə sanksiyası müəyyən edilmişdir.
Əlavə edib ki, əgər icarəyə verən fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur:
“Kirayədə qalanların cərimələnməsi isə vergi öhdəliyi ilə deyil, olduğu yer üzrə qeydiyyata düşməməklə bağlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar”.
R.Əliyevin sözlərinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud digər qanuni əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana və digər bu kimi yaşayış yerləri başa düşülür:
“Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır”.
Bildirib ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 563.-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir”.
Oxşar xəbərlər
-
1.01.2026Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi -
27.12.2025ƏLƏKBƏROVLARIN DÜNYAYA YAYILAN BİZNEZİ - Azərbaycanda milyonlarla vergi borcu, Avropda isə... -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir? -
21.11.2025Evini kirayə verənlər nə qədər vergi verəcək?
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



