Tribuna.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yer alıb.
Bildirilir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.
“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, – o bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.


