10.02.2026
Duzxeber.az: Zaman-zaman Bakı Metropoliteninin müxtəlif stansiyalarının giriş və çıxış hissələrində fəaliyyət göstərən ticarət obyektləri bağlandı. Rəsmi qurumlar bunu əsasən təhlükəsizlik, təcili (SOS) çıxışlar zamanı sıxlıq riski, insan axınının məhdudlaşdırılması kimi arqumentlərlə izah etdilər. İnsanlar da bu arqumentləri müəyyən qədər anlayışla qarşıladyı.
Bizimesr.az bildirir ki, ancaq bu gün tam fərqli mənzərə ilə üz-üzəyik. Hazırda metronun bir çox çıxışlarında apteklər və xüsusilə “Azərlotereya” satış məntəqələri fəaliyyət göstərir.
Bu isə haqlı suallar doğurur - dünən təhlükə sayılan obyektlər bu gün niyə problem yaratmır?
Aptek və lotereya köşkləri fövqəladə vəziyyətdə sıxlıq yaratmayacaqmı?
Təhlükəsizlik meyarları kimə və hansı şərtlərlə tətbiq olunur?
Müqavilələr, gəlirlər və qaranlıq qalan suallar
Daha bir ciddi məsələ bu obyektlərin hansı müqavilə və hansı şərtlərlə fəaliyyət göstərməsidir.
Bu köşklər metropoliten rəhbərinə nə qədər qazanc gəririr?
Gəlirlər rəsmiləşdirilirmi?
İstifadə etdikləri elektrik enerjisi, kommunikasiya xətləri hansı mexanizmlə rəsmiləşdirilir?
Bu suallar illərdir cavabsızdır və ictimaiyyət üçün müəmmalı olaraq qalır.
Koroğlu metrosunda “Piramida” çıxışı təhlükə ilə üz-üzə
Məsələnin ən narahatedici tərəfi isə Koroğlu metro stansiyasının “Piramida” kimi tanınan çıxışında eskalatorun birbaşa çıxış hissəsində kofe barın açılmasıdır.
Bu obyektin hansı icazə ilə, kimin göstərişi ilə, hansı təhlükəsizlik rəyinə əsasən qurulduğu ictimaiyyətə açıqlanmırdı.
Amma Bizimesr.az-ın araşdırması zamanı bəlli olub ki, sözügedən kofe satış köşkü Bakı Metropoliteninin rəisi Vüsal Aslanova məxsusdur. Məlumata görə, bu köşklərdən başqa metro stansiyalarında da qurulacaq.
Metro kimi strateji və yüksək riskli obyektin daxilində şəxsi biznes fəaliyyəti təcili evakuasiya imkanlarını məhdudlaşdırır, insan axınını təhlükəli şəkildə daralır.
Üstəlik, son günlərdə həmin kofe köşkünün yanında "Azərlotereyanın yeni və dəbdəbəli köşkü də əlavə olunub və çıxış-giriş sahəsi daha da daraldılıb.
Daha təhlükəli məqam isə budur ki, bu hər iki ticarət köşkü təhlükəsizlik normalarına əməl olunmadan, adi, qoruyucusuz uzadıcı vasitəsilə elektrik şəbəkəsinə qoşulub. Bu ərazidə valideynlərin nəzarətindən yayınan uşaqların elektrik naqillərinə toxunması real təhlükədir. Bu hallar Metropoliten rəisi Vüsal Aslanovu qəti narahat etmir, biznes daha üstün yerdə dayanır.
Metro kimindir? Xalqın, yoxsa məmurun sualı açıq qalır. Vüsal Aslanov metronu ictimai nəqliyyat yox, şəxsi biznes platforması kimi istifadəyə çevirib.
Kiçik sahibkarlar "təhlükəsizlik” adı ilə çıxarılırsa, amma yüksək vəzifəli şəxslərin obyektləri eyni məkanda rahat fəaliyyət göstərirsə, deməli problem obyektlərdə yox, ikili standartlardadır. Metro insanların təhlükəsiz və sərbəst hərəkəti üçün nəzərdə tutulub, məmur biznesi üçün yox.
Mövzu ilə bağlı video material vəziyyətin nə qədər riskli olduğunu açıq şəkildə nümayiş etdirir.//Bizimesr.az
Vüsal Aslanov Koroğlu metrosunda özünə biznes qurub - Metronun enerjisindən istifadə - VİDEO
Duzxeber.az: Zaman-zaman Bakı Metropoliteninin müxtəlif stansiyalarının giriş və çıxış hissələrində fəaliyyət göstərən ticarət obyektləri bağlandı. Rəsmi qurumlar bunu əsasən təhlükəsizlik, təcili (SOS) çıxışlar zamanı sıxlıq riski, insan axınının məhdudlaşdırılması kimi arqumentlərlə izah etdilər. İnsanlar da bu arqumentləri müəyyən qədər anlayışla qarşıladyı.Bizimesr.az bildirir ki, ancaq bu gün tam fərqli mənzərə ilə üz-üzəyik. Hazırda metronun bir çox çıxışlarında apteklər və xüsusilə “Azərlotereya” satış məntəqələri fəaliyyət göstərir.
Bu isə haqlı suallar doğurur - dünən təhlükə sayılan obyektlər bu gün niyə problem yaratmır?
Aptek və lotereya köşkləri fövqəladə vəziyyətdə sıxlıq yaratmayacaqmı?
Təhlükəsizlik meyarları kimə və hansı şərtlərlə tətbiq olunur?
Müqavilələr, gəlirlər və qaranlıq qalan suallar
Daha bir ciddi məsələ bu obyektlərin hansı müqavilə və hansı şərtlərlə fəaliyyət göstərməsidir.
Bu köşklər metropoliten rəhbərinə nə qədər qazanc gəririr?
Gəlirlər rəsmiləşdirilirmi?
İstifadə etdikləri elektrik enerjisi, kommunikasiya xətləri hansı mexanizmlə rəsmiləşdirilir?
Bu suallar illərdir cavabsızdır və ictimaiyyət üçün müəmmalı olaraq qalır.
Koroğlu metrosunda “Piramida” çıxışı təhlükə ilə üz-üzə
Məsələnin ən narahatedici tərəfi isə Koroğlu metro stansiyasının “Piramida” kimi tanınan çıxışında eskalatorun birbaşa çıxış hissəsində kofe barın açılmasıdır.
Bu obyektin hansı icazə ilə, kimin göstərişi ilə, hansı təhlükəsizlik rəyinə əsasən qurulduğu ictimaiyyətə açıqlanmırdı.
Amma Bizimesr.az-ın araşdırması zamanı bəlli olub ki, sözügedən kofe satış köşkü Bakı Metropoliteninin rəisi Vüsal Aslanova məxsusdur. Məlumata görə, bu köşklərdən başqa metro stansiyalarında da qurulacaq.
Metro kimi strateji və yüksək riskli obyektin daxilində şəxsi biznes fəaliyyəti təcili evakuasiya imkanlarını məhdudlaşdırır, insan axınını təhlükəli şəkildə daralır.
Üstəlik, son günlərdə həmin kofe köşkünün yanında "Azərlotereyanın yeni və dəbdəbəli köşkü də əlavə olunub və çıxış-giriş sahəsi daha da daraldılıb.
Daha təhlükəli məqam isə budur ki, bu hər iki ticarət köşkü təhlükəsizlik normalarına əməl olunmadan, adi, qoruyucusuz uzadıcı vasitəsilə elektrik şəbəkəsinə qoşulub. Bu ərazidə valideynlərin nəzarətindən yayınan uşaqların elektrik naqillərinə toxunması real təhlükədir. Bu hallar Metropoliten rəisi Vüsal Aslanovu qəti narahat etmir, biznes daha üstün yerdə dayanır.
Metro kimindir? Xalqın, yoxsa məmurun sualı açıq qalır. Vüsal Aslanov metronu ictimai nəqliyyat yox, şəxsi biznes platforması kimi istifadəyə çevirib.
Kiçik sahibkarlar "təhlükəsizlik” adı ilə çıxarılırsa, amma yüksək vəzifəli şəxslərin obyektləri eyni məkanda rahat fəaliyyət göstərirsə, deməli problem obyektlərdə yox, ikili standartlardadır. Metro insanların təhlükəsiz və sərbəst hərəkəti üçün nəzərdə tutulub, məmur biznesi üçün yox.
Mövzu ilə bağlı video material vəziyyətin nə qədər riskli olduğunu açıq şəkildə nümayiş etdirir.//Bizimesr.az
Oxşar xəbərlər
-
29.01.2026Qanunsuzluqlara niyə hüquqi qiymət verilmir? - VİDEO -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
5.01.2026Xalq adından danışıb ailə maraqlarını böyütmək? - Razi Nurullayevlə bağlı ciddi suallar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



