20.02.2026
Duzxeber.az: - Bakı Slavyan Universitetində (BSU) gərginlik səngimək bilmir. Universitet daxilindən redaksiyamıza daxil olan məlumatlar göstərir ki, Anar Nağıyevin rektor təyin olunmasından sonra ali təhsil ocağında sağlam akademik mühit deyil, daxili çəkişmələr, idarəetmə xaosu və dərin narazılıq hökm sürür. Adının çəkilməsini istəməyən əməkdaşların sözlərinə görə, son aylarda universitetdə peşəkar idarəçilik prinsipləri arxa plana keçib, qərarlar isə sistemli strategiyaya deyil, şəxsi münasibətlər və qapalı çevrə maraqlarına əsaslanır. Bu isə birbaşa olaraq universitetin nüfuzuna və gələcəyinə zərbə vurur.
Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir- adlı sərlövhəli məqaləmizdə ali təhsil müəssisəsinin akkreditasiya prosesi ətrafında yaranmış suallar və mümkün uyğunsuzluqlar gündəmə gətirilmişdi.Məlumata əsasən, BSU-nun akkreditasiyadan keçə bilməməsinin əsas səbəbi kimi rektorun yanlış idarəetmə qərarları və səriştəsiz komandasının fəaliyyəti göstərilir. Bildirilir ki, yoxlama komissiyası tərəfindən kifayət qədər ciddi nöqsanlar aşkarlanıb və onların aradan qaldırılması üçün universitetə vaxt verilib.

Bu fakt özü-özlüyündə ali təhsil müəssisəsi üçün ciddi siqnaldır. Çünki akkreditasiyadan keçə bilməmək təkcə texniki çatışmazlıq deyil – bu, idarəetmə, elmi fəaliyyət, kadr siyasəti və strateji planlaşdırma sahəsində sistemli problemlərin göstəricisidir. Əməkdaşların iddiasına görə, problemlərin kökündə peşəkar akademik idarəetmə modelinin sıradan çıxarılması dayanır. Təcrübəli və nüfuzlu müəllim heyətinin qərarvermə prosesindən kənarlaşdırılması isə vəziyyəti daha da ağırlaşdırıb.
Mənbələrin bildirdiyinə görə, rektorun şəxsi istəyi ilə universitetdə fəaliyyət göstərən bir sıra dil və mədəniyyət mərkəzləri də bağlanıb. Halbuki, BSU-nun əsas missiyası məhz slavyan dilləri və mədəniyyətlərinin tədrisi və təşviqi ilə bağlıdır. Bu mərkəzlərin fəaliyyəti universitetin beynəlxalq imicinin və elmi əlaqələrinin formalaşmasında mühüm rol oynayırdı. Digər tərəfdən, uzun illər bu ali təhsil ocağında çalışmış təcrübəli professor-müəllim heyətinin “sındırılması”, qərarvermə prosesindən kənarlaşdırılması və mənəvi təzyiqlərə məruz qalması ilə bağlı da iddialar səslənir. İddialara görə, rektor təcrübəli kadrları dəstəkləmək əvəzinə, onları sistemdən uzaqlaşdırmağa üstünlük verir.
“Katiblik modeli”: Səlahiyyət, amma məsuliyyət varmı?
Ən çox narazılıq doğuran məsələlərdən biri isə universitetə aid olmayan formada yaradıldığı iddia edilən Rektorun Katibliyidir. Bildirilir ki, bu strukturun rəhbərliyinə rektorun katibəsi təyin olunub və ona geniş, faktiki olaraq limitsiz səlahiyyətlər verilib. Lakin sual yaranır:bu səlahiyyətlərin hüquqi əsası nədir? Onların icrası hansı normativ aktlarla tənzimlənir? Universitet daxilində şəffaflıq və hesabatlılıq mexanizmi mövcuddurmu?
Əgər ali təhsil müəssisəsində qərarların böyük hissəsi akademik şuralardan deyil, qeyri-formal strukturlardan çıxırsa, bu artıq dərin böhran əlamətidir. Kollektiv üzvlərinin iddiasına görə, rektor təhsil və elmi problemlərin həlli ilə məşğul olmaq əvəzinə daha çox şəxsi imici və zahiri görüntüsü ilə gündəmə gəlir. Halbuki, universitet bu gün elmi göstəricilər, beynəlxalq reytinqlər, keyfiyyət təminatı mexanizmləri və tələbə məmnuniyyəti kimi fundamental məsələlərdə ciddi çağırışlarla üz-üzədir.
Professor-müəllim heyəti isə faktiki olaraq diplomu və akademik təcrübəsi sual doğuran şəxslərdən ibarət “komandanın” ümidinə buraxılıb. Bu komandanın daha yüksək maaş alması isə kollektiv daxilində sosial ədalət prinsipinin pozulduğu barədə iddiaları gücləndirir. BSU-nun qocaman və nüfuzlu kollektivi hesab edir ki, universitetin son illərdə bu qədər dəyərdən düşməsi təsadüfi deyil. Bu, konkret idarəçilik xəttinin və yanlış kadr siyasətinin nəticəsidir.Ali təhsil müəssisəsi şəxsi ambisiyaların deyil, elmin, akademik azadlığın və peşəkar idarəçiliyin məkanı olmalıdır.
Bakı Slavyan Universiteti-də 1,8 milyonluq təmir: Pullar hara xərclənib?
Ötən il Bakı Slavyan Universitetinin təmir-bərpa işləri üçün 1,8 milyon manat vəsait ayrıldığı bildirilir. Lakin universitet binasında real vəziyyət bu rəqəmlə uzlaşmır.Daxil olmuş məlumatlara görə, təmir işləri yalnız iki mərtəbədə natamam şəkildə aparılıb, digər sahələr isə ya ümumiyyətlə toxunulmaz qalıb, ya da kosmetik dəyişikliklərlə kifayətlənilib. Bu halda əsas sual açıq qalır, 1,8 milyon manatlıq büdcə hansı istiqamətlər üzrə və hansı müqavilələr əsasında xərclənib,şəffaflıq varmı? Ekspertlərin hesablamalarına görə, 1,8 milyon manatlıq vəsaitlə universitet tipli binada əsaslı təmir işləri geniş miqyasda aparıla bilər. Əgər nəticədə cəmi iki mərtəbə də natamam vəziyyətdədirsə, o zaman veriləsi suallar çoxalır. Bu suallarla bağlı universitet rəhbərliyinin və aidiyyəti qurumların rəsmi mövqeyi məsələyə aydınlıq gətirə bilər. Dövlət vəsaiti – ictimai etimad deməkdir. Bu etimad isə yalnız şəffaflıqla qorunur. //Mediatv.az
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!//Nyus.Az
ANAR NAĞIYEVİN İDARƏÇİLİYİ AKADEMİK MÜHİTİ İFLİC EDİB?

Oxşar xəbərlər
-
16.02.2026ADU ilə bağlı suallar çoxalır — rəsmi qurum niyə tələsik izahat verdi? -
4.02.2026Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
2.01.2026İKİ DİPLOM,SIFIR AUDİTORİYA:ELMİ DƏRƏCƏSİ OLMAYAN REKTOR
Xəbər lenti
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı
-
8.08.2026Təbii qazın qiyməti bahalaşdı
-
8.08.2026Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!
-
8.08.2026Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı
-
8.08.2026Tovuzda 2 maşın toqquşdu - Yaralı var
-
8.08.202615 yaşlı yeniyetmə kanalda boğulub öldü
-
8.08.2026Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək
-
7.08.2026"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
-
7.08.2026Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı
-
7.08.2026Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
-
7.08.2026Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?