10.03.2026
Duzxeber.az: - Ötən ilin sonlarında Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar burada tikinti işlərini icra edən şirkətin fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olmuşdu. Araşdırmalar zamanı aydın olmuşdu ki, Xıdırlı kəndində tikinti işləri “TVM İnşaat” MMC tərəfindən həyata keçirilib.
Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Həmin razılaşmaya əsasən Publiki Hüquqi şəxs “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib.
Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, “TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib.
İndi məlum olur ki, adıçəkilən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib.
Yayılan məlumatlara əsasən, “TVM İnşaat” MMC və “İnnova İnşaat” MMC şirkətlərinin faktiki sahibi eyni adamdır. “TVM Anar” kimi məşhurlaşan bu şəxs hal-hazırda üzərinə götürdüyü yüz milyonlarla manatlıq öhdəliyi yerinə yetirə bilmədiyi üçün “Yeni Hacı İbrahim” kimi qələmə verilməyə başlanıb.
Bir zamanların tender kralı kimi tanınan TVM və İnnova şirkəti öz subpodratçılarına olan 100 milyon manatdan çox borcu da ödəmir.
Subpodratçılar bu barədə media strukturlarına yolladıqları müraciətdə bildirir.
Həm tikinti bazarları, həm dövlət vergi xidməti, həm də banklara külli miqdarda borcu olan bu şirkət vəziyyətdən çıxmaq üçün yeni avantüraya əl atır. Belə ki, bütün dövlət tenderlərinə dəyərindən çox aşağı, qeyri-real qiymət verərək daxil olur, özünün müxtəlif strukturlarda əlbir olduğu adamlar vasitəsilə tender müqavilələrin imzalanmasına nail olur, daha sonra isə illərlə başladığı işləri yerinə yetirə bilmədiyi üçün bitməyən mübahisələrə qərq olur.
Görünən budur ki, görünməyən əllərin himayə etdiyi bu şirkət dövlətin yüz milyonlarla manat vəsaitini hal-hazırda ciddi risklərə məruz qoymuşdur.
Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:
Laçında otel kompleksi
Göygöldə otel kompleksi
Gömrük hospital
Ağdamın Xıdırlı kəndi
Ağdam şəhərində yaşayış binaları
Xankəndidə otel
Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası
Penitensiar müəssisələr
Fizuli rayonu Dövlətyarlı kəndi
DSMF binaları
Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda bu şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir.
Arayış üçün qeyd edək ki, rəsmi adı “TVM İnşaat” MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir.
2018-ci ili qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8.
Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə “TVM İnşaat” MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tenderlərləri qazanıb.
Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib.
2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.
“İnnova İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR
Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib.
Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.//32gun.az
Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT
Duzxeber.az: - Ötən ilin sonlarında Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar burada tikinti işlərini icra edən şirkətin fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olmuşdu. Araşdırmalar zamanı aydın olmuşdu ki, Xıdırlı kəndində tikinti işləri “TVM İnşaat” MMC tərəfindən həyata keçirilib.Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Həmin razılaşmaya əsasən Publiki Hüquqi şəxs “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib.
Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, “TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib.
İndi məlum olur ki, adıçəkilən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib.
Yayılan məlumatlara əsasən, “TVM İnşaat” MMC və “İnnova İnşaat” MMC şirkətlərinin faktiki sahibi eyni adamdır. “TVM Anar” kimi məşhurlaşan bu şəxs hal-hazırda üzərinə götürdüyü yüz milyonlarla manatlıq öhdəliyi yerinə yetirə bilmədiyi üçün “Yeni Hacı İbrahim” kimi qələmə verilməyə başlanıb.
Bir zamanların tender kralı kimi tanınan TVM və İnnova şirkəti öz subpodratçılarına olan 100 milyon manatdan çox borcu da ödəmir.
Subpodratçılar bu barədə media strukturlarına yolladıqları müraciətdə bildirir.
Həm tikinti bazarları, həm dövlət vergi xidməti, həm də banklara külli miqdarda borcu olan bu şirkət vəziyyətdən çıxmaq üçün yeni avantüraya əl atır. Belə ki, bütün dövlət tenderlərinə dəyərindən çox aşağı, qeyri-real qiymət verərək daxil olur, özünün müxtəlif strukturlarda əlbir olduğu adamlar vasitəsilə tender müqavilələrin imzalanmasına nail olur, daha sonra isə illərlə başladığı işləri yerinə yetirə bilmədiyi üçün bitməyən mübahisələrə qərq olur.
Görünən budur ki, görünməyən əllərin himayə etdiyi bu şirkət dövlətin yüz milyonlarla manat vəsaitini hal-hazırda ciddi risklərə məruz qoymuşdur.
Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:
Laçında otel kompleksi
Göygöldə otel kompleksi
Gömrük hospital
Ağdamın Xıdırlı kəndi
Ağdam şəhərində yaşayış binaları
Xankəndidə otel
Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası
Penitensiar müəssisələr
Fizuli rayonu Dövlətyarlı kəndi
DSMF binaları
Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda bu şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir.
Arayış üçün qeyd edək ki, rəsmi adı “TVM İnşaat” MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir.
2018-ci ili qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8.
Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə “TVM İnşaat” MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tenderlərləri qazanıb.
Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib.
2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.
“İnnova İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR
Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib.
Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.//32gun.az
Oxşar xəbərlər
-
12.02.2026Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir - “Ramco” QSC müəmması -
3.02.202640 milyonluq tenderlər udub, Qarabağda binalar tikən şirkətə «STOP» QOYULDU - «ETİBARSIZ TƏCHİZATÇI» OLDU -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
13.01.2026“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur?
Xəbər lenti
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək
-
7.08.2026"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
-
7.08.2026Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı
-
7.08.2026Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
-
7.08.2026Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
7.08.2026Jurnalistikanın qabiliyyət imtahanının nəticələri açıqlandı
-
7.08.2026Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir
-
7.08.2026Hərbi qulluqçular üçün sınaq imtahanları keçirilir
-
7.08.2026Bağlanan universitetin müəllimləri narazıdır –Video
-
7.08.2026Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır
-
7.08.2026Fermada ov tüfəngi ilə bibisini öldürdü
-
7.08.202620 manatlıq ödəniş ləğv olundu
-
7.08.2026Kəndlinin məhsulu bazarda 50 dəfə baha satılır: Vətəndaşları belə soyurlar!
-
7.08.2026İlham Əliyev sərəncam imzaladı
-
7.08.2026Moskvada güclü partlayış səsləri eşidildi
-
7.08.2026Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
-
7.08.2026Gürcüstan Bakı-Tbilisi qatarını niyə qəbul etmir?
-
7.08.2026Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA
-
7.08.2026Hörmüz boğazında həyəcan: Neft gəmiləri dayanıb, bazar qərar gözləyir
-
7.08.2026Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ
-
7.08.2026Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı- VİDEO
-
7.08.2026Bakının mərkəzində obyekt yanır
-
7.08.2026Ebola dəhşət saçır - Ölənlərin sayı 1801-ə yüksəldi
-
7.08.2026Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
-
7.08.2026Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
-
7.08.2026Kolleclərə qəbul olmaq istəyənlər üçün – Vacib xəbər



