“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib.
DuzXeber.az xəbər verir ki, ilk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub.
Əməliyyatdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri nəzarət tədbirləri görülüb. Partlayışdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.
Qeyd edək ki, 2025-ci ilin avqust ayından yataqda genişmiqyaslı geoloji tədqiqat, topoqrafik planlaşdırma və ümumi dərinliyi 18 000 metr olan buruq-qazma işləri həyata keçirilib. Aparılan geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, Söyüdlü qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addımdır.
“AzerGold” QSC, həmçinin Söyüdlü mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.
Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində insan həyatının, işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr səbəbindən yaranacaq fasilə və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.
Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.
Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq.
İndiki mərhələdə Söyüdlü layihəsi üzrə, podrat şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq kvalifikasiya və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb edilib.
Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026-2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.
https://youtu.be/nPuNt5RrawA?si=5EkhwIsNWv4OtUP-






Gündəm / Sosial
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - VİDEO
Gündəm / İdman
Çempionlar Liqası: Əsas mərhələyə start verilir
Gündəm / Dünya
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - Analitik
Gündəm / Üst xəbər
Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
Gündəm / Təhsil
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO
Gündəm / Dünya
Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi
Gündəm / Hadisə
Tovuzda dəhşətli qəza: Ölən var
Gündəm / Cəmiyyət
Bakıda güclü yağış yolları iflic etdi – Küçələr keçilməz hala düşdü
Gündəm / Manşet
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Gündəm / Hadisə
Qubada kanaldan meyit tapıldı
Gündəm / Hadisə
Şüşə balkon qırıldı, qadının başına düşdü - Video
Gündəm / Hadisə / Mədəniyyət
İlham Mirzəyevin vəziyyəti ağırdır
Gündəm / Manşet
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Gündəm / Təhsil
Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil
Gündəm / Hadisə
Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR - FOTO
Gündəm / Siyasət
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?
Gündəm / Üst xəbər
Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Siyasət / Dünya
İran rejiminin sonu yaxınlaşır - İsrailin Təhlükəsizlik Kabineti toplaşdı
Gündəm / Dünya
Dünya böhrana hazırlaşır: Mərkəzi banklar qızıl ehtiyatlarını köçürür
Gündəm / İdman
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - FOTO
Gündəm / Hadisə
Əməkdar artist komaya düşüb - Yenilənib
Gündəm / Cəmiyyət
Ayın 8-də yağış qara keçəcək, dolu düşəcək – Proqnoz
Gündəm / Cəmiyyət
Bakıda taksi xidmətləri niyə bahalaşıb?
Gündəm / Dünya
İran bu ölkəyə xəbərdarlıq etdi: Cavab veriləcək!
Gündəm / Manşet
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Gündəm / Cəmiyyət
Yeni yol nişanını görənlər təəccüblənir – Mənası məlum oldu
Gündəm / Sosial
Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama
Gündəm / Sosial
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - VİDEO
Gündəm / Manşet
Goranboy 2 saylı məktəbdə bitmək bilməyən qalmaqal:Keçmiş direktordan yeni özbaşınalıq iddiaları
Gündəm / Hadisə
Sükan arxasında yuxuya getdi, qəza törətdi - GÖRÜNTÜ
Gündəm / Təhsil
