Goranboy şəhər 2 saylı tam orta məktəbində baş verən qalmaqalların ardı-arası kəsilmir. Məktəbdəki sanitar qovşaq insidentindən sonra redaksiyamıza təhsil müəssisəsi haqqında vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmaqdadır. Narazı valideyinlərin, pedaqoqların iddialarının hədəfində isə məktəbin keçmiş direktoru, hazırda orada müəllim kimi fəaliyyətini davam etdirən İlhamə Qasımova və onun yaxın ətrafıdır.
"Məktəbəhazırlıq qrupu üçün 500 manat rüşvət istənildi"
DuzXeber.az: Redaksiyamıza daxil olan məlumata görə, sertifikasiya imtahanı və diaqnostik qiymətləndirmədə yüksək göstəricilərə malik olmalarına baxmayaraq, İ. Qasımova tərəfindən qərəzli münasibətə məruz qalanlar da olub. Şikayətçilər bildirirlər ki, aşağı bal toplayan digər müəllimlərin sinifləri saxlanıldığı halda, gənc nəslə dərs deyən müəllimin məktəbəhazırlıq qrupu qanunsuz bağlanıb.
Aidiyyəti qurumlar xəbərdar olduqdan sonra Təhsil Sektorundan müəllimin haqlı olduğu və siniflə təmin edilməsi barədə göstəriş verilib. Lakin iddiaya görə, keçmiş direktor bu qərarı icra etmək üçün müəllimdən 500 manat məbləğində rüşvət tələb edib. Pedaqoq məcbur qalaraq həmin məbləği İ. Qasımovanın yaxın adamına (adı redaksiyamıza məlumdur) təqdim etdikdən sonra sinif açılıb.
"Ölü canlar" və bir şagirdin iki sinifdə gedən adı
Açılan sinfin yanvar ayında yenidən bağlanması isə başqa bir korrupsiya mexanizmini üzə çıxarıb. Məlum olub ki, təlimat üzrə müəllimə verilən siyahıdakı şagirdlər əslində dərsə gəlməyən "ölü canlar"dır. Bir neçə şagirdlərin adları formal olaraq 1-ci sinifdə getsə də, real olaraq məktəbəhazırlıq qrupunda başqa bir müəllimənin yanında təhsil alıblar. Beləliklə, eyni uşaqların adından istifadə edilərək süni sıxlıq yaradılıb və bu, gəlir mənbəyinə çevrilib. Fakt Təhsil Sektorunun əməkdaşı Vüsal Cəfərov tərəfindən araşdırılaraq təsdiqini tapıb və qanunsuzluq aradan qaldırılıb.
Məktəbdəki digər ciddi qanunsuzluq iddiaları:
Redaksiyamıza təqdim olunan müraciətdə məktəbdə baş verən digər dəhşətli faktlar da yer alır:
Mənimsənilən dərs saatları: Bir müəllimin 8 ay ərzində faktiki olaraq dərsləri keçməsinə baxmayaraq, əməkhaqqının başqa bir şəxsin adına yazılaraq mənimsənildiyi bildirilir.
Dərsə gəlməyən müəllimlər: Bəzi müəllimlərin pul qarşılığında dərsə gəlmədiyi, evdə özəl hazırlıq keçdikləri, 26 saat dərs yükü olan şəxslərin həftədə cəmi 3 gün məktəbə gəldiyi vurğulanır.
Saxta sənədlər və məcburiyyət: Kollektivə saxta ərizələrin məcburi qol çəkdirildiyi, hətta "telefonların izlənilməsinə razılıq" adı altında qanunsuz sənədlərə imza atdırıldığı iddia edilir.
Siyahıda olan, amma özü şəhərdə olmayan şagirdlər: Adları məktəbdə gedən, lakin Bakı, Gəncə, Mingəçevir kimi şəhərlərdə yaşayan şagirdlərə ödəniş qarşılığında qiymətlərin yazıldığı bildirilir.
UTİS sistemindəki maxinasiyalar: Sənədləri və adı jurnalda olmayan, UTİS sistemindən gizlin çıxarılaraq imtahandan kənar qalan şagirdlərin eksternat imtahanlarına yönləndirilməsi qeyd olunur.
Ştatların süni azaldılması və psixoloqun çıxarılması: Şagird sayının süni şəkildə az göstərilməsi nəticəsində məktəbin psixoloq ştatının ləğv edildiyi, sənədləri oğurlanan zavuçun işdən uzaqlaşdırıldığı vurğulanır.
Təhqir və qanunsuz pul yığımları: Keçmiş direktorun otağını "istintaq otağı"na çevirərək müəllimləri təhqir etdiyi, hazırlıq otağı üçün hər müəllimdən 40 manat pul yığıldığı, xadimələrin maaşlarının azaldılaraq onlara məcburi ərizə yazdırıldığı bildirilir.
Sanitar qovşaq insidenti və Həmkarlar İttifaqının susqunluğu
Təhsil müəssisəsində baş verən sanitar qovşaq dağıntısı zamanı İ. Qasımovaya oğlu İlkin və atası Rafiqin köməklik etdiyi, qapıda gözətçilik etdikləri qeyd olunur. Ən acınacaqlı məqam isə müəllimlərin hüquqlarını qorumalı olan Həmkarlar Təşkilatının məktəb üzrə nümayəndəsi Gülşən Hüseynova və həyat yoldaşı Hikmətin də hadisə yerində olması, lakin prosesə mane olmaq əvəzinə susaraq aidiyyəti qurumlara xəbər verməmələridir.
Goranboy şəhər 2 saylı məktəbinin müəllim heyəti aidiyyəti dövlət qurumlarından və Elm və Təhsil Nazirliyindən məktəbdə kök salmış bu qanunsuzluqların təcili şəkildə köklü araşdırılmasını və təqsirkar şəxslər barəsində hüquqi tədbirlərin görülməsini tələb edirlər.(gundemxeber.org)
Məqalədə adı çəkilən İlhamə Qasımovanın və digər şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Gündəm / Manşet
Goranboy 2 saylı məktəbdə bitmək bilməyən qalmaqal:Keçmiş direktordan yeni özbaşınalıq iddiaları
Gündəm / İdman
Çempionlar Liqası: Əsas mərhələyə start verilir
Gündəm / Dünya
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - Analitik
Gündəm / Üst xəbər
Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
Gündəm / Təhsil
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO
Gündəm / Dünya
Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi
Gündəm / Hadisə
Tovuzda dəhşətli qəza: Ölən var
Gündəm / Cəmiyyət
Bakıda güclü yağış yolları iflic etdi – Küçələr keçilməz hala düşdü
Gündəm / Manşet
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Gündəm / Hadisə
Qubada kanaldan meyit tapıldı
Gündəm / Hadisə
Şüşə balkon qırıldı, qadının başına düşdü - Video
Gündəm / Hadisə / Mədəniyyət
İlham Mirzəyevin vəziyyəti ağırdır
Gündəm / Manşet
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Gündəm / Təhsil
Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil
Gündəm / Hadisə
Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR - FOTO
Gündəm / Siyasət
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?
Gündəm / Üst xəbər
Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Siyasət / Dünya
İran rejiminin sonu yaxınlaşır - İsrailin Təhlükəsizlik Kabineti toplaşdı
Gündəm / Dünya
Dünya böhrana hazırlaşır: Mərkəzi banklar qızıl ehtiyatlarını köçürür
Gündəm / İdman
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - FOTO
Gündəm / Hadisə
Əməkdar artist komaya düşüb - Yenilənib
Gündəm / Cəmiyyət
Ayın 8-də yağış qara keçəcək, dolu düşəcək – Proqnoz
Gündəm / Cəmiyyət
Bakıda taksi xidmətləri niyə bahalaşıb?
Gündəm / Dünya
İran bu ölkəyə xəbərdarlıq etdi: Cavab veriləcək!
Gündəm / Manşet
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Gündəm / Cəmiyyət
Yeni yol nişanını görənlər təəccüblənir – Mənası məlum oldu
Gündəm / Sosial
Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama
Gündəm / Sosial
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - VİDEO
Gündəm / Manşet
Goranboy 2 saylı məktəbdə bitmək bilməyən qalmaqal:Keçmiş direktordan yeni özbaşınalıq iddiaları
Gündəm / Hadisə
Sükan arxasında yuxuya getdi, qəza törətdi - GÖRÜNTÜ
Gündəm / Təhsil
