Neftçala rayonunun Mikayıllı kəndində "Qızılağac" Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.DuzXeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


