30.07.2026

"Sabah"ın oyunu DÇ-2026-ya təyinat almış hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin təkrar oyunları çərçivəsində baş tutacaq "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib.
DuzXeber.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, qarşılaşmanı Juan Pineyrunun rəhbərliyi altında portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Təcrübəli referi DÇ-2026-da üç oyuna təyinat almışdı.
Qeyd edək ki, Danimarka klubu ilə ilk görüş avqustun 5-də səfərdə, cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək.

Xəbər lenti