12.08.2026
DuzXeber.az: Vərəsəlik məsələlərində ən çox mübahisə doğuran hallardan biri ailə üzvlərindən birinin vəfatından sonra onun əmlakının digər qohumlar tərəfindən satılması ilə bağlıdır. Belə vəziyyətlərdə ilk növbədə əmlakın kimin adına rəsmiləşdirildiyi və mərhumun həmin əmlak üzərində mülkiyyət hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir.Əgər ev mərhum atanın mülkiyyətində olubsa, onun vəfatından sonra həmin əmlak vərəsəlik kütləsinə daxil edilir və qanunla müəyyən edilmiş şəxslərin vərəsəlik hüququ yaranır. Bu halda mərhumun övladları ilə yanaşı, onun həyat yoldaşı və valideynləri də qanun üzrə birinci növbə vərəsələr sırasına daxil ola bilərlər. Bu şəxslərin hər birinin payı müəyyən edilmədən və vərəsəlik rəsmiləşdirilmədən əmlakın digər qohumlar tərəfindən bütövlükdə satılması hüquqi baxımdan mümkün deyil.
Vəkil İmran Ələkbərovun Oxu24.com-a açıqlamasında sözlərinə görə, məsələyə yanaşarkən evin faktiki olaraq kimin tərəfindən istifadə edilməsindən daha çox, onun hüquqi mülkiyyətçisinin kim olması əsas götürülməlidir. Əgər əmlak mərhumun adına olubsa, onun vəfatı ilə həmin əmlak üzrə vərəsəlik münasibətləri yaranır və vərəsələrin hüquqları nəzərə alınmalıdır.
Vəkil qeyd edib ki, bəzən vətəndaşlar evdə qeydiyyatda olmağı avtomatik olaraq həmin əmlakdan pay sahibi olmaq kimi qəbul edirlər. Halbuki yaşayış sahəsində qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət və ya vərəsəlik payının yaranması demək deyil. Şəxsin əmlakdan pay alıb-almaması onun vərəsəlik hüququndan və əmlakın hüquqi statusundan asılıdır.Əgər söhbət nənənin öz adına olan evdən gedirsə və nənə sağdırsa, vəziyyət tamamilə fərqlidir. Əmlak nənənin şəxsi mülkiyyətidirsə, o, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ev üzərində sərəncam vermək, o cümlədən satmaq və ya bağışlamaq hüququna malikdir. Bu halda nəvənin həmin evdə qeydiyyatda olması avtomatik olaraq ona mülkiyyət payı vermir.Əmlak sahibinin vəfat etməsindən sonra isə vəziyyət dəyişir. Bu halda vərəsəlik açılır və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilir. Mərhumun övladı da vərəsədirsə, onun payı ayrıca nəzərə alınmalıdır. Belə bir şəxs vəfat edərsə, müəyyən hallarda onun özünə düşən vərəsəlik payı sonrakı vərəsəlik münasibətlərinin predmetinə çevrilə bilər. Buna görə də hər bir konkret halda həm ilkin əmlak sahibinin, həm də sonradan vəfat etmiş vərəsənin hüquqi statusu araşdırılmalıdır.
İmran Ələkbərovun sözlərinə görə, bu cür hallarda vətəndaşlar əvvəlcə daşınmaz əmlakın çıxarışını, vərəsəlik sənədlərini və digər hüquqi sənədləri araşdırmalıdırlar. Əgər şəxsin özünün vərəsəlik payı olduğunu düşünməsi üçün hüquqi əsas varsa, notariat qaydasında vərəsəlik məsələsinin rəsmiləşdirilməsi üçün müraciət edilməlidir. Əmlak artıq digər şəxslərin adına keçirilibsə və ya satılıbsa, həmin şəxsin hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəmə qaydasında hüquqi müdafiə imkanları da mövcuddur.
Beləliklə, evin satılıb-satılmaması məsələsində yalnız ailə münasibətlərinə və ya şəxsin həmin ünvanda qeydiyyatda olmasına əsaslanmaq düzgün deyil. Əsas məsələ mülkiyyət hüququnun kimə məxsus olması, vərəsəlik hüququnun yaranıb-yaranmaması və həmin hüququn qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilib-rəsmiləşdirilməməsidir.(oxu24.com)
Ev satılarkən vərəsənin razılığı tələb olunurmu? – Hüquqi məqamlar
DuzXeber.az: Vərəsəlik məsələlərində ən çox mübahisə doğuran hallardan biri ailə üzvlərindən birinin vəfatından sonra onun əmlakının digər qohumlar tərəfindən satılması ilə bağlıdır. Belə vəziyyətlərdə ilk növbədə əmlakın kimin adına rəsmiləşdirildiyi və mərhumun həmin əmlak üzərində mülkiyyət hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir.Əgər ev mərhum atanın mülkiyyətində olubsa, onun vəfatından sonra həmin əmlak vərəsəlik kütləsinə daxil edilir və qanunla müəyyən edilmiş şəxslərin vərəsəlik hüququ yaranır. Bu halda mərhumun övladları ilə yanaşı, onun həyat yoldaşı və valideynləri də qanun üzrə birinci növbə vərəsələr sırasına daxil ola bilərlər. Bu şəxslərin hər birinin payı müəyyən edilmədən və vərəsəlik rəsmiləşdirilmədən əmlakın digər qohumlar tərəfindən bütövlükdə satılması hüquqi baxımdan mümkün deyil.Vəkil İmran Ələkbərovun Oxu24.com-a açıqlamasında sözlərinə görə, məsələyə yanaşarkən evin faktiki olaraq kimin tərəfindən istifadə edilməsindən daha çox, onun hüquqi mülkiyyətçisinin kim olması əsas götürülməlidir. Əgər əmlak mərhumun adına olubsa, onun vəfatı ilə həmin əmlak üzrə vərəsəlik münasibətləri yaranır və vərəsələrin hüquqları nəzərə alınmalıdır.
Vəkil qeyd edib ki, bəzən vətəndaşlar evdə qeydiyyatda olmağı avtomatik olaraq həmin əmlakdan pay sahibi olmaq kimi qəbul edirlər. Halbuki yaşayış sahəsində qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət və ya vərəsəlik payının yaranması demək deyil. Şəxsin əmlakdan pay alıb-almaması onun vərəsəlik hüququndan və əmlakın hüquqi statusundan asılıdır.Əgər söhbət nənənin öz adına olan evdən gedirsə və nənə sağdırsa, vəziyyət tamamilə fərqlidir. Əmlak nənənin şəxsi mülkiyyətidirsə, o, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ev üzərində sərəncam vermək, o cümlədən satmaq və ya bağışlamaq hüququna malikdir. Bu halda nəvənin həmin evdə qeydiyyatda olması avtomatik olaraq ona mülkiyyət payı vermir.Əmlak sahibinin vəfat etməsindən sonra isə vəziyyət dəyişir. Bu halda vərəsəlik açılır və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilir. Mərhumun övladı da vərəsədirsə, onun payı ayrıca nəzərə alınmalıdır. Belə bir şəxs vəfat edərsə, müəyyən hallarda onun özünə düşən vərəsəlik payı sonrakı vərəsəlik münasibətlərinin predmetinə çevrilə bilər. Buna görə də hər bir konkret halda həm ilkin əmlak sahibinin, həm də sonradan vəfat etmiş vərəsənin hüquqi statusu araşdırılmalıdır.
İmran Ələkbərovun sözlərinə görə, bu cür hallarda vətəndaşlar əvvəlcə daşınmaz əmlakın çıxarışını, vərəsəlik sənədlərini və digər hüquqi sənədləri araşdırmalıdırlar. Əgər şəxsin özünün vərəsəlik payı olduğunu düşünməsi üçün hüquqi əsas varsa, notariat qaydasında vərəsəlik məsələsinin rəsmiləşdirilməsi üçün müraciət edilməlidir. Əmlak artıq digər şəxslərin adına keçirilibsə və ya satılıbsa, həmin şəxsin hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəmə qaydasında hüquqi müdafiə imkanları da mövcuddur.
Beləliklə, evin satılıb-satılmaması məsələsində yalnız ailə münasibətlərinə və ya şəxsin həmin ünvanda qeydiyyatda olmasına əsaslanmaq düzgün deyil. Əsas məsələ mülkiyyət hüququnun kimə məxsus olması, vərəsəlik hüququnun yaranıb-yaranmaması və həmin hüququn qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilib-rəsmiləşdirilməməsidir.(oxu24.com)
Oxşar xəbərlər
-
20.07.2026Etibarnamə ilə alınan torpaq kimə məxsus sayılır? - VƏKİL AÇIQLADI -
1.07.2026Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



