13.08.2026

Son günlər Azərbaycan Dəmir Yollarının Bakı-Tbilisi istiqamətində həyata keçirdiyi sərnişindaşıma ilə bağlı ictimai narazılıqlar artıb. Əsas problem sərnişinlərin bilet əldə etməkdə çətinlik çəkməsi və mövcud tələbatı qarşılamaq üçün əlavə reyslərin kifayət qədər operativ təyin olunmaması ilə bağlıdır. ADY biletlərin əvvəlcədən satışa çıxarıldığını bildirir. Bununla yanaşı, yaranmış vəziyyətin səbəbi ilə bağlı müxtəlif açıqlamalar səslənir. Bir tərəfdən problemin Gürcüstan Dəmir Yollarının əlavə reyslərin öhdəsindən gələ bilməməsi ilə əlaqəli olduğu iddia edilir, digər tərəfdən isə Gürcüstan belə bir maneənin olmadığını bildirir.
ADY-nin açıqlamasında Azərbaycan və Gürcüstan dəmir yollarının Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş apardığı qeyd olunur. Nə baş verir? Doğrudanmı problem Gürcüstan tərəfdən qaynaqlanır, yoxsa məsələnin arxasında başqa səbəblər dayanır?
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az ADY-ə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, çətinliyin olduğunu ekspertlər iddia edir, Azərbaycan Dəmir Yolları yox:
“Qeyd etdiyimiz kimi, hazırda əlavə reysin həyata keçirilməsi ilə bağlı hər iki ölkənin dəmiryol administrasiyaları birgə iş aparır, bütün məqamlar dəqiqləşdirilir. ADY-nin paylaşdığı bütün məlumatlarda sırf aparılan işlər qeyd olunub, hər hansı başqa fikir/iddia səsləndirilməyib. Sizin də qeyd etdiyiniz kimi, ekspertlərin hər hansı çətinliyin olması ilə bağlı səsləndirdikləri fikirləri də Gürcüstanın dəmiryol administrasiyası təzkib edib. Yəni səsləndirilən fikirlər ADY-nin deyil və Gürcüstan tərəfi də ekspertlərə cavab verib”.
İqtisadçı Natiq Cəfərli isə deyib ki, görünür, Azərbaycan Dəmir Yolları reys və vaqon sayını artırmaqda o qədər də maraqlı deyil:
“Çünki reyslərin və vaqonların sayı çoxaldıqca, sərnişinlərin sayı artdıqca, istər-istəməz qiymətlərdə də müəyyən ucuzlaşma baş verməlidir. Gürcüstan tərəfi bu istiqamətdə hər hansı problemin və ya maneənin olmadığını bildirir. Deməli, qiymətin yüksək qalması müəyyən mənada dəmir yollarının marağındadır”.
İqtisadçı qeyd edib ki, əgər əlavə reyslər açılsa, vaqonların sayı artırılsa və sərnişin daşımalarının həcmi çoxalsa, bu zaman məntiqlə qiymət də aşağı düşməlidir:
“Çox güman ki, məsələ bununla əlaqəlidir. Amma düşünürəm ki, hazırda yay ayları olduğu üçün bu məsələ bir qədər kənarda qalıb. Yay mövsümündə tələbat yüksəkdir və qiymətlərin də yüksək olması müəyyən mənada başadüşüləndir. Payız aylarından etibarən isə məsələyə yenidən baxıla və qiymətlərlə bağlı müəyyən dəyişikliklər baş verə bilər. Ən azı, mən məntiq baxımından müəyyən ucuzlaşmanın olacağını gözləyirəm və düşünürəm ki, bu, baş verməlidir”.(DİA-AZ)
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL

Oxşar xəbərlər
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? -
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...