17.08.2026

İranın yeni müharibə planı İFŞA OLDU - Hər şey ortaya çıxdı

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşməkdədir. Bir neçə ərəb ölkəsinin kəşfiyyat xidmətləri İranın ABŞ və İsrailə qarşı irimiqyaslı müharibəni yenidən alovlandırmaq üçün gizli hazırlıqlar gördüyünü aşkarlayıb.

"The Wall Street Journal" nəşrinin bölgədəki mənbələrə istinadən yaydığı məlumata görə, Tehranın əsas məqsədi rəqiblərinə elə ağır zərbə endirməkdir ki, gələcəkdə hər hansı bir hərbi hücumun təkrarlanmasının qarşısı birdəfəlik alınsın.

DuzXeber.az xəbər verir ki, mənbələr qeyd edir ki, İran hakimiyyəti qarşıdurmanın yeni mərhələsinə son dərəcə fəal şəkildə hazırlaşır. Bu çərçivədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ölkənin nizami ordusu üzərində daha geniş səlahiyyətlər və nəzarət verilib. Eyni zamanda, əsas strateji mövqelərə və Amerika hərbi bazalarının yerləşdiyi ərəb ölkələrinə qarşı əməliyyatların keçirilməsində təcrübəsi olan veteranlar təyin edilib. Həmçinin İran daxildə əks-kəşfiyyat tədbirlərini sərtləşdirib, raket və dron istehsalını isə maksimum sürətləndirib.

Kəşfiyyat məlumatlarına görə, Tehranın təxribat planlarına Fars körfəzində yerləşən sualtı internet kabellərinin sıradan çıxarılması və Küveyt ilə Bəhreyn kimi şiə icmalarının üstünlük təşkil etdiyi ölkələrdə daxili siyasi sabitliyin pozulması daxildir.

Hətta Küveyt istiqamətində mümkün quru əməliyyatlarının həyata keçirilməsi də planlar arasındadır. Bu dəlillərin əldə edilməsi isə İran ilə Yəmən və İraqdakı müttəfiq qruplaşmalar arasında ələ keçirilən məxfi rabitə əlaqələri sayəsində mümkün olub. Qərbli ekspertlər hesab edirlər ki, İran iyun ayındakı nisbi sakitlikdən və Donald Trampla aparılan danışıqlardan sülh naminə deyil, yalnız vaxt qazanmaq və hərbi-raket imkanlarını modernləşdirmək məqsədilə istifadə edib.

Bununla belə, Tehran özü də cavab tədbirlərindən ciddi şəkildə ehtiyat edir. Hökumət müşavirlərinin gəldiyi qənaətə görə, qarşıdurmanın növbəti mərhələsi sadəcə ənənəvi hərbi əməliyyatlarla məhdudlaşmayacaq, eyni zamanda ölkə daxilində iğtişaşlar yaratmaq və xalqı ayağa qaldırmaq üçün xarici qüvvələrin yeni cəhdlərini də əhatə edəcək.

Xəbər lenti