17.08.2026
DuzXeber.az: “Ermənistan tərəfinin iddialarının əksinə olaraq, biz TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılığa gəlməmişik”.
"Sepah Pasdaran" Telegram kanalının məlumatına görə, bu barədə iranlı general-mayor Rəhim Səfəvi TRIPP layihəsi və Ermənistanla danışıqlar ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
R.Səfəvi həmçinin bildirib: “Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, niyə onun Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə vahid bir bütöv kimi baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır”.
İranlı general hazırda Ermənistanla danışıqları davam etdirdiklərini bildirib: “Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”.
Səfəviyə görə, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlayarsa, daha yaxşı olar. İranlı generalın təhdidləri açıq və aydın başa düşülür. Belə çıxır, dəhlizə nəzarət ABŞ-yə keçdiyi halda İran intiqam məqsədi ilə "Tramp yolu"na raket zərbəsi endirə bilər.
Bu, hədyan yuxarı, pafoslu bəyanatdır, yoxsa narahatlığa əsas var?
Professor Qabil Hüseynli Səfəvinin təhdidlərinə görə, ABŞ və Ermənistanın daha çox təşviş keçirməli olduğunu düşünür. Onun sözlərinə görə, bu layihə ötən ilin 8 avqustunda ABŞ və Ermənistan arasında razılaşdırılıb: "Ona görə də, Vaşinqton və İrəvan bu hədələrə reaksiya verməlidir. Onlardan isə cavab yoxdur. Görünür ki, Səfəvinin dedikləri ciddi qəbul olunmayıb. Zənnimcə, ABŞ və Ermənistan bu logistikanın istifadəsi, təhlükəsizliyinin təminatı məsələsində bir çox detalları həll ediblər. Onlarda bir narahatlıq yoxdursa, biz də həyəcanlanmalı deyilik. Çünki bu layihədə yola nəzarət ABŞ şirkətində olacaq. Belə çıxır ki, İran Ermənistan ərazisində ABŞ nümayəndələrinə atəş açacaq. Mən bunu absurd hesab edirəm. Əgər belə bir avantürüzmə gedilsə, Tehranın başı çox ağrayacaq".
Professor İrandan səslənən hədyanları quru təhdid adlandırıb və belə bir təxribat ssenarisini istisna edib: "İranda hər generalın, hər SEPAH rütbəlisinin ağzından bir avaz gəlir. Onlar nağıl danışmaqdan, başlarına bomba düşə-düşə cəfəng sözlər deməkdən bezməyiblər. Onların ali rəhbəri, onlarla generalı, kəşfiyyat naziri, Təhlükəsizlik Şurası katibi, mühüm adamları öldürüldü, hələ də boşboğazlıq edirlər. İran bilməlidir ki, körfəz ölkələrində hansısa bazaya raket atmaq, Zəngəzur dəhlizi kimi dünya üçün mühüm əhəmiyyət kəsb edən marşruta zərbə endirməklə bir ola bilməz. Bu addımın cəzası ağır olar. İkincisi, İran Ermənistanı qorxutmaq üçün belə təhdidlər səsləndirir. Azərbaycan isə bu məsələdə ABŞ və Ermənistanın tədbirli olmasını gözləməlidir"./Musavat.com/
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
DuzXeber.az: “Ermənistan tərəfinin iddialarının əksinə olaraq, biz TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılığa gəlməmişik”."Sepah Pasdaran" Telegram kanalının məlumatına görə, bu barədə iranlı general-mayor Rəhim Səfəvi TRIPP layihəsi və Ermənistanla danışıqlar ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
R.Səfəvi həmçinin bildirib: “Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, niyə onun Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə vahid bir bütöv kimi baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır”.
İranlı general hazırda Ermənistanla danışıqları davam etdirdiklərini bildirib: “Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”.
Səfəviyə görə, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlayarsa, daha yaxşı olar. İranlı generalın təhdidləri açıq və aydın başa düşülür. Belə çıxır, dəhlizə nəzarət ABŞ-yə keçdiyi halda İran intiqam məqsədi ilə "Tramp yolu"na raket zərbəsi endirə bilər.
Bu, hədyan yuxarı, pafoslu bəyanatdır, yoxsa narahatlığa əsas var?
Professor Qabil Hüseynli Səfəvinin təhdidlərinə görə, ABŞ və Ermənistanın daha çox təşviş keçirməli olduğunu düşünür. Onun sözlərinə görə, bu layihə ötən ilin 8 avqustunda ABŞ və Ermənistan arasında razılaşdırılıb: "Ona görə də, Vaşinqton və İrəvan bu hədələrə reaksiya verməlidir. Onlardan isə cavab yoxdur. Görünür ki, Səfəvinin dedikləri ciddi qəbul olunmayıb. Zənnimcə, ABŞ və Ermənistan bu logistikanın istifadəsi, təhlükəsizliyinin təminatı məsələsində bir çox detalları həll ediblər. Onlarda bir narahatlıq yoxdursa, biz də həyəcanlanmalı deyilik. Çünki bu layihədə yola nəzarət ABŞ şirkətində olacaq. Belə çıxır ki, İran Ermənistan ərazisində ABŞ nümayəndələrinə atəş açacaq. Mən bunu absurd hesab edirəm. Əgər belə bir avantürüzmə gedilsə, Tehranın başı çox ağrayacaq".
Professor İrandan səslənən hədyanları quru təhdid adlandırıb və belə bir təxribat ssenarisini istisna edib: "İranda hər generalın, hər SEPAH rütbəlisinin ağzından bir avaz gəlir. Onlar nağıl danışmaqdan, başlarına bomba düşə-düşə cəfəng sözlər deməkdən bezməyiblər. Onların ali rəhbəri, onlarla generalı, kəşfiyyat naziri, Təhlükəsizlik Şurası katibi, mühüm adamları öldürüldü, hələ də boşboğazlıq edirlər. İran bilməlidir ki, körfəz ölkələrində hansısa bazaya raket atmaq, Zəngəzur dəhlizi kimi dünya üçün mühüm əhəmiyyət kəsb edən marşruta zərbə endirməklə bir ola bilməz. Bu addımın cəzası ağır olar. İkincisi, İran Ermənistanı qorxutmaq üçün belə təhdidlər səsləndirir. Azərbaycan isə bu məsələdə ABŞ və Ermənistanın tədbirli olmasını gözləməlidir"./Musavat.com/
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix -
11.05.2026Xətai rayonunda qanunsuz tikinti iddiaları yenidən gündəmdə – səki restoran ərazisinə qatılır? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



