Canlı yayım
26.06.2026

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.

DuzXeber.az: Bu barədə Teleqraf-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti görülən işlərin gedişindən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Xəbər lenti