Bakı şəhərində mənzil-kommunal xidmətlərinin təmin edilməsi məqsədi ilə elan olunan və “BAKI ŞƏHƏR ƏSASLI TİKİNTİ VƏ TƏMİR” MMC tərəfindən keçirilən tender ictimaiyyətdə ciddi suallar doğurub.
Duzxeber.az xəbər verir ki, ehtimal olunan qiyməti 23.863.427,72 AZN (təxminən 24 milyon manat) olan müsabiqə (№2026/AT/00221/V2) tullantı qabları, məişət inventarları, iş geyimləri və texniki avadanlıqlar daxil olmaqla son dərəcə geniş məhsul siyahısını əhatə edir.
Mütəxəssislər bildirir ki, bu qədər müxtəlif kateqoriyalı malların bir paketdə birləşdirilməsi tenderdə real rəqabəti məhdudlaşdırmaqla yanaşı, qiymətlərin süni şəkildə şişirdilməsi riskini də artırır.
Xüsusilə diqqət çəkən məqam plastik və metal zibil konteynerlərinin, eləcə də onların ehtiyat hissələrinin böyük həcmdə alınmasıdır. Məsələn, 1100 litrlik plastik və metal konteynerlərdən ümumilikdə 10 mindən çox ədəd, təkcə təkər və qapaqlardan isə minlərlə ədəd nəzərdə tutulur. Bazardakı orta qiymətlərlə müqayisədə bu həcmdə alış zamanı ciddi endirimlərin mümkün olduğu halda, tenderin ümumi dəyərinin 23,8 milyon manata yaxın müəyyən edilməsi qiymətlərin real bazar göstəricilərindən xeyli yüksək hesablandığına dair şübhələr yaradır.
Bundan əlavə, siyahıya 620 min ədəd süpürgə, 80 min cüt əlcək, 60 min ədəd 100 qramlıq təsərrüfat sabunu, 300 min kvadratmetr şüşəruberoid, 280 min kq emulsiya və 4 min ton texniki duz kimi kütləvi istehlak məhsullarının daxil edilməsi tenderin maliyyə yükünü kəskin artırır. Ekspertlər qeyd edirlər ki, bu cür gündəlik və asan əldə olunan mallar üzrə qiymətlərin ayrıca və şəffaf lotlarla keçirilməsi daha məqsədəuyğun olardı. Mövcud halda isə bütün malların bir tenderdə cəmlənməsi nəzarəti çətinləşdirir və şişirdilmiş smeta ehtimalını gücləndirir.
Digər problem isə texniki avadanlıqların və geyimlərin “yüksək keyfiyyətli” kimi ümumi və ölçülə bilməyən ifadələrlə təsvir olunmasıdır. Generatorlar, kompressorlar, otbiçənlər, motorlu ağackəsənlər, eləcə də minlərlə ədəd iş geyimi və ayaqqabının konkret texniki standartlar və marka göstəriciləri olmadan təqdim edilməsi qiymət manipulyasiyası üçün əlverişli zəmin yaradır. Mütəxəssislərin fikrincə, bu tender üzrə şəffaflıq, real bazar qiymətləri ilə müqayisə və ictimai nəzarət təmin olunmadığı təqdirdə, dövlət vəsaitinin səmərəsiz xərclənməsi riski ciddi olaraq qalır.//Yenicag.az
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Üst xəbər / Manşet
“Süpürgəyə, sabuna və zibil qabına milyonlar xərclənəcək” - “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən MİLYONLUQ TENDER
Gündəm / Üst xəbər
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Gündəm / Cəmiyyət
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Gündəm / Sosial
“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Gündəm / Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Sosial
Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Gündəm / Dünya
TƏCİLİ! İran bu ölkə ilə müharibəyə başlaya bilər - Son xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Yarışa görə bağlanan yollar 1 saat tez açıldı
Gündəm / Hadisə
İstanbulda oteldə yanğın:10-dan çox yaralı var
Gündəm / Cəmiyyət
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Dünya
ŞOK AÇIQLAMA: "Putin Ukrayna ilə bağlı son qərarı verib"
Gündəm / Hadisə
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Gündəm / Bölgə / Üst xəbər
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Gündəm / Təhsil
Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək
Gündəm / Cəmiyyət
Bakıda sərnişin taksi sifariş etdi, “Lamborcini" gəldi
Gündəm / Sosial / Üst xəbər
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Gündəm / Hadisə
Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
Gündəm / Cəmiyyət
DİN skuterlərlə bağlı məlumat yaydı
Gündəm / İqtisadiyyat
Ermənistana 977 ton dizel yanacağı göndərildi
Gündəm / Sosial
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
Gündəm / Təhsil / Üst xəbər
30 ilin müəlliminə dərs verilmir? - 170 saylı məktəblə bağlı iddia - VİDEO
Gündəm / Cəmiyyət
Nazir rəsmən elan etdi: Bütün rayonlarda...
Gündəm / Bölgə
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Gündəm / Dünya
Ukrayna atəşkəs elan edib
Gündəm / İdman
“Sabah” - “Barselona” oyunu bu stadionda olacaq
Gündəm / Sosial
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
Gündəm / Hadisə
Toydan çıxdı, faciəvi şəkildə öldü
Gündəm / Üst xəbər
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
Gündəm / Cəmiyyət