Duzxeber.az: - Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ona yaxın şirkət hesab edilən ATF MMC-nin fəaliyyətinə də təsirsiz ötüşməyə bilər.
"ATF MMC “tender kralı” kimi tanınır. Şirkətin xüsusilə yol təmiri ilə bağlı iri məbləğli tenderlərdə qalib seçilməsi Saleh Məmmədov faktoru ilə əlaqələndirilir.
Mediada gedən məlumatlardan aydın olur ki, "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradov Saleh Məmmədovun işçisi olub. Onun vaxtilə 17 saylı Yol İstismar İdarəsinin direktoru vəzifəsində çalışdığı deyilir.
Saleh Məmmədovun işdən çıxarılması hətta şirkətin çöküşünü şərtləndirə bilər. Nəzərə alsaq ki, adına heç bir yerdə rast gəlinməyən ATF MMC yalnız yol təmirlərindən qazanır. Hətta bu layihələrdə ATF-nin AAYDA-ya məxsus tesnikadan istifadə etməsi barədə iddialar da var.
"ATF" MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Muradov Azad Əzim oğludur. Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları tərəfindən təsis edilib. ATF MMC-nin adı da onların adlarının baş hərflərindən götürülüb.
ATF MMC bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Məsələn, 2018-ci ildə Fəxrədin Muradov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub.
Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb. Muradov qardaşları həm də “Göyçay Petrol-A” MMC-nin benefisiarıdır. Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin (YDM) fəaliyyətini dayandırmışdı.
FHN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, məntəqədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb./Qaynar/
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Manşet
Saleh Məmmədovun "tender kralı" olan ATF MMC-si bitdi
Gündəm / Üst xəbər
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Gündəm / Cəmiyyət
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Gündəm / Sosial
“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Gündəm / Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Sosial
Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Gündəm / Dünya
TƏCİLİ! İran bu ölkə ilə müharibəyə başlaya bilər - Son xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Yarışa görə bağlanan yollar 1 saat tez açıldı
Gündəm / Hadisə
İstanbulda oteldə yanğın:10-dan çox yaralı var
Gündəm / Cəmiyyət
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Dünya
ŞOK AÇIQLAMA: "Putin Ukrayna ilə bağlı son qərarı verib"
Gündəm / Hadisə
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Gündəm / Bölgə / Üst xəbər
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Gündəm / Təhsil
Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək
Gündəm / Cəmiyyət
Bakıda sərnişin taksi sifariş etdi, “Lamborcini" gəldi
Gündəm / Sosial / Üst xəbər
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Gündəm / Hadisə
Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
Gündəm / Cəmiyyət
DİN skuterlərlə bağlı məlumat yaydı
Gündəm / İqtisadiyyat
Ermənistana 977 ton dizel yanacağı göndərildi
Gündəm / Sosial
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
Gündəm / Təhsil / Üst xəbər
30 ilin müəlliminə dərs verilmir? - 170 saylı məktəblə bağlı iddia - VİDEO
Gündəm / Cəmiyyət
Nazir rəsmən elan etdi: Bütün rayonlarda...
Gündəm / Bölgə
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Gündəm / Dünya
Ukrayna atəşkəs elan edib
Gündəm / İdman
“Sabah” - “Barselona” oyunu bu stadionda olacaq
Gündəm / Sosial
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
Gündəm / Hadisə
Toydan çıxdı, faciəvi şəkildə öldü
Gündəm / Üst xəbər
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
Gündəm / Cəmiyyət