Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək.
"Duzxeber.az" xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.
WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:
• WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
• qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);
• qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);
• müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).
Qeyd edilib ki, bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəm / İqtisadiyyat / Cəmiyyət
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
Gündəm / Üst xəbər
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Gündəm / Cəmiyyət
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Gündəm / Sosial
“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Gündəm / Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Sosial
Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Gündəm / Dünya
TƏCİLİ! İran bu ölkə ilə müharibəyə başlaya bilər - Son xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Yarışa görə bağlanan yollar 1 saat tez açıldı
Gündəm / Hadisə
İstanbulda oteldə yanğın:10-dan çox yaralı var
Gündəm / Cəmiyyət
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Dünya
ŞOK AÇIQLAMA: "Putin Ukrayna ilə bağlı son qərarı verib"
Gündəm / Hadisə
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Gündəm / Bölgə / Üst xəbər
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Gündəm / Təhsil
Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək
Gündəm / Cəmiyyət
Bakıda sərnişin taksi sifariş etdi, “Lamborcini" gəldi
Gündəm / Sosial / Üst xəbər
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Gündəm / Hadisə
Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
Gündəm / Cəmiyyət
DİN skuterlərlə bağlı məlumat yaydı
Gündəm / İqtisadiyyat
Ermənistana 977 ton dizel yanacağı göndərildi
Gündəm / Sosial
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
Gündəm / Təhsil / Üst xəbər
30 ilin müəlliminə dərs verilmir? - 170 saylı məktəblə bağlı iddia - VİDEO
Gündəm / Cəmiyyət
Nazir rəsmən elan etdi: Bütün rayonlarda...
Gündəm / Bölgə
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Gündəm / Dünya
Ukrayna atəşkəs elan edib
Gündəm / İdman
“Sabah” - “Barselona” oyunu bu stadionda olacaq
Gündəm / Sosial
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
Gündəm / Hadisə
Toydan çıxdı, faciəvi şəkildə öldü
Gündəm / Üst xəbər
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
Gündəm / Cəmiyyət