Duzxeber.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan açıqlayıb.
Baş nazirin müavini bu gün İrəvan və Bakının Azərbaycandan yanacaq ixracı ilə bağlı razılığa gəlib-gəlmədiyi ilə bağlı sorğuya cavab olaraq bildirib: "Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var.
Yanacaqla bağlı gələcək fəaliyyət istiqaməti artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq".


