Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub.
DuzXeber.az "qaynarinfo.az"-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobilin guya özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15 600 manata satmaq barədə razılıq əldə edib.
İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb. Aldadıldığını anlayan zərərçəkmiş sonradan avtomobili sahibinə qaytarıb.
Bununla yanaşı, təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan "Hyundai Tucson" markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.
Zərərçəkmiş avtomobili lombarda qoyaraq 10 min manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pulu aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.
Beləliklə, o, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 min 650 manat maddi ziyan vurub.
Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
-
17.04.2026Ali Məhkəmə: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
17.02.2026Sabiq icra başçısı lüks sauna tikdirdi: Fəhlələrin pulunu vermədi - FOTO -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
22.06.2026Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar
-
22.06.2026Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
-
22.06.2026“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”
-
22.06.2026Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…
-
22.06.2026Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı
-
22.06.2026Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib
-
22.06.2026Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub
-
22.06.2026Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən
-
22.06.2026Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
-
22.06.2026Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
-
22.06.2026Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir
-
22.06.2026Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
22.06.2026Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
-
22.06.2026Sabah qaz kəsiləcək - Bu ərazilərdə
-
22.06.2026Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi
-
22.06.2026Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi
-
22.06.2026Numan Kurtulmuş Azərbaycana gələcək
-
22.06.2026Bu həftə 4 gün işləyəcəyik
-
22.06.2026Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu
-
22.06.2026Starmer istefa verdi
-
22.06.2026Xətai rayonunda konsert keçirilib
-
22.06.2026Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
-
22.06.2026Cinayət törədən 83 nəfər saxlanıldı
-
22.06.2026Qızına elçi düşən şəxsi döyərək öldürdü
-
22.06.2026Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur
-
22.06.2026Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri
-
22.06.2026Krımda su qıtlığı yaşanır...
-
22.06.2026Krımda su qıtlığı yaşanır...
-
22.06.2026Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq
-
22.06.2026Qətərdə partlayış oldu



