Canlı yayım
3.07.2026

"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...


"DİQQƏT "UMBAKI CƏHƏNNƏMİ"NƏ!.."
DuzXeber.az  "DİA-AZ" -a istinadən xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı müraciətində tanınmış jurnalist Əvəz Zeynallı qeyd edib.
"Umbakıda saxlanılan məhkumlardan aldığım məlumata görə, həbsxanada yeni və əslində ənənəvi işgəncə dövrü başlayıb..." deyə fikrini davam etdirən jurnalist daha sonra paylaşımında belə qeyd edir:
"Havaların istiləşməsi səbəbindən "kormuşka"ları bağlayır və pul almadan açmırlar. Bu da dustaqların haqlı narazılığına və istidən əziyyət çəkməsinə səbəb olur.
Penitensiar Xidmətin belə atişləməz yolları var. Qışda - soyuqda "kormuşka"ları bağlamaq üçün, yayın cırhacırında da "kormuşka"ları açmaq üçün dustağa əziyyət verirlər. İndi Umbakıda, Bakı İstintaq Təcridxanasında yay mövsümü gəlib və pul qazanmaq dövrüdür. Pul almadan (3-5 manat arası) "kormuşka"nı açmırlar. Havalandırma yox, kondisioner yox - dustaq nə etməlidir?!
Mən bu haqda "Selcanın məmləkəti" - həbsxana gündəliklərində çox yazmışam. İllər dəyişir, sistemin rüşvət mexanizmi dəyişmir...
PENİTENSİAR XİDMƏT, ƏDLİYYƏ NAZİRLİYİ NƏ DÜŞÜNÜRSÜNÜZ?! SİZCƏ BELƏMİ OLMALIDIR?!"

Xəbər lenti