7.01.2026
Duzxeber.az: - Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnsan Resursları şöbəsinin müdiri vəzifəsində çalışan Fikrət Heybətov nə Müəllimlərin İşə Qəbulu (MİQ), nə də Dövlət Qulluğu imtahanından keçə bilmədiyi üçün sözügedən vəzifədə müqavilə əsasında çalışırdı.
Son zamanlar Fikrət Heybətovun fəaliyyəti ilə bağlı artan şikayətlər, eləcə də sosial şəbəkələrdə yayılan tənqidi və neqativ paylaşımlar fonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin onunla bağlanmış müqavilənin uzadılmasına razılıq vermədiyi bildirilir.
Məsələ buradan sonra maraqlı məcraya yönəlir.
Bizə daxil olan məlumatlara görə, Fikrət Heybətov üçün yeni iş yeri axtarışına başlanılıb. Hazırda isə diqqətlər Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli liseyə yönəlib. Bildirilir ki, liseydə direktor vəzifəsi boşdur və məhz bu yerə Fikrət Heybətovun direktor kimi təyin edilməsi planlaşdırılır.
Qanun nə deyir?
Mövcud qaydalara əsasən, direktor təyinatı zamanı ilk növbədə həmin məktəbin direktor müavinləri arasında daxili müsabiqə keçirilməlidir. Yalnız o halda ki, məktəbdaxili kadrlar direktor olmaq istəməsin və ya uyğun namizəd olmasın, kənardan təyinat mümkündür.
Lakin bizə daxil olan məlumatlar göstərir ki, bu mərhələnin “formallığa” çevrilməsi üçün müəyyən addımlar atılır.
İddialara görə, liseyin direktor müavinlərindən direktor olmaq istəmədiklərinə dair ərizə yazmaları tələb olunur. Məqsəd isə aydındır: “könüllü imtina” görüntüsü yaradaraq kənardan təyinat üçün yol açmaq.
Bu proses çərçivəsində hazırda məktəbin direktor səlahiyyətlərini icra edən direktor müavini Sədaqət Cəmiyevaya qarşı “yoxlama” adı altında ardıcıl təzyiqlərin göstərildiyi bildirilir. Məqsədin onu ərizə yazmağa məcbur etmək olduğu iddia olunur.
Digər direktor müavini Kəmalə Niftaliyevanın isə bu tələbi qəbul etmədiyi, ərizə yazmaqdan imtina etdiyi və düşünmək üçün vaxt istədiyi deyilir.
Ortaya çıxan mənzərə nəyi göstərir?
Məktəbin mövcud rəhbər kadrlarını “könüllü şəkildə” direktor olmaq fikrindən daşındırmaqla, konkret bir namizəd üçün yolun açılması təəssüratı yaranır.
Bu isə təkcə bir təyinat məsələsi deyil, təhsil sistemində şəffaflıq, ədalət və idarəetmə prinsiplərinin necə tətbiq olunması ilə bağlı ciddi suallar doğurur.
Mövzunu diqqətdə saxlayır, aidiyyəti qurumların məsələyə münasibət bildirməsini və iddialara aydınlıq gətirməsini gözləyirik.
Mövzu ilə bağlı yeni məlumatlar əldə etdikcə oxucularımızı məlumatlandıracağıq.//tribunainfo.az

Direktor kreslosuna gedən yol: könüllü imtinalar, yoxlamalar və suallar

Oxşar xəbərlər
-
5.01.2026Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir? -
5.01.2026KARYERA BOŞLUQLARI,SÜRƏTLİ YÜKSƏLİŞ VƏ CAVABSIZ SUALLAR -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?
Xəbər lenti
-
16.06.2026İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma
-
16.06.2026İlham Əliyev fərman imzaladı
-
16.06.2026Baş nazirdən aqrar sektorla bağlı qərar
-
16.06.20261 yaşlı uşaq qızdırmadan öldü
-
16.06.2026Sabahın havası necə olacaq?
-
16.06.2026“Qarabağ”ın rəqibi müəyyənləşir
-
16.06.2026Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək
-
16.06.2026Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
-
16.06.2026Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
-
16.06.2026Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
-
16.06.2026“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir
-
16.06.2026Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu
-
16.06.2026"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI
-
16.06.2026Rusiyanın itkiləri ARTIR
-
16.06.2026Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə
-
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi
-
16.06.2026İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı
-
16.06.2026Azərbaycan bölgədə sülhün memarıdır
-
16.06.2026Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb
-
16.06.2026Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
-
16.06.2026Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək
-
16.06.2026ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
16.06.2026Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür
-
16.06.2026Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib
-
15.06.2026Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
-
15.06.2026Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
-
15.06.2026Putinə görüş təklif edib
-
15.06.2026Bu maşınlara alıcı tapılmır
-
15.06.2026Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb
-
15.06.2026Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?