9.01.2026
Duzxeber.az: - “Messenat Holdinq”ə məxsus “Bəhramtəpə-Çınqıl” ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, cinayət kollegiyası qərar verib.
Qərara əsasən, verilmiş apellyasiya şikayətləri qismən təmin edilib. İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818.636 manat alınaraq Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113.941,47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.
Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində 5 il vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib. Ağamalı İsayev habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub.
Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə mühüm zərər vurub. Bundan başqa, o, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, “Messenat Holding”in rəhbəri “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevdir.
Tofiq İsayev əslən İmişli rayonundan olan iş adamıdır. O, “Messenat Holdinq” MMC-nin faktiki rəhbəridir. Belə ki, “Messenat Holdinq” MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə – “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC, “İmişli Dəmir Beton” ASC, “Muğan Su Elektrik Stansiyası” ASC, “Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC, “Titanik” MMC, “Mühafizəçi” MMC, “Marka LTD” MMC, “Viləş-A.A” MMC, “Viləş-M.A” MMC, “Kommunal” MMC, “Aristokrat-İnşaat” MMC, “Həbibli-LTD” MMC, “GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.(Teleqraf)
Tofiq və Ağamalı İsayevlər dövlətə və təbiətə 1 milyon manatlıq ziyan vurublar
Duzxeber.az: - “Messenat Holdinq”ə məxsus “Bəhramtəpə-Çınqıl” ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.Teleqraf-ın əldə etdiyi məlumata görə, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, cinayət kollegiyası qərar verib.
Qərara əsasən, verilmiş apellyasiya şikayətləri qismən təmin edilib. İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818.636 manat alınaraq Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113.941,47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.
Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində 5 il vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib. Ağamalı İsayev habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub.
Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə mühüm zərər vurub. Bundan başqa, o, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, “Messenat Holding”in rəhbəri “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevdir.
Tofiq İsayev əslən İmişli rayonundan olan iş adamıdır. O, “Messenat Holdinq” MMC-nin faktiki rəhbəridir. Belə ki, “Messenat Holdinq” MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə – “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC, “İmişli Dəmir Beton” ASC, “Muğan Su Elektrik Stansiyası” ASC, “Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC, “Titanik” MMC, “Mühafizəçi” MMC, “Marka LTD” MMC, “Viləş-A.A” MMC, “Viləş-M.A” MMC, “Kommunal” MMC, “Aristokrat-İnşaat” MMC, “Həbibli-LTD” MMC, “GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.(Teleqraf)
Oxşar xəbərlər
-
5.01.2026Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Vüsal Şilderin qətlinə görə ittiham edilən şəxslə bağlı qərar dəyişdirildi -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
Xəbər lenti
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu



